У нас вы можете посмотреть бесплатно Qaraciyər piylənməsi - Hepatosteatoz haqqında Terapevt Dr. Bilurə Həsənova или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Qaraciyər piylənməsi - Hepatosteatoz haqqında Terapevt Dr. Bilurə Həsənova Ultrasəs nəticələri zamanı hepatosteatoz termininə tez-tez rast gəlmisiniz. Hər kəs həkimindən bu diaqnozun nə məna kəsb etdiyini soruşur. Hepatosteatoz – qaraciyər yağlanması qaraciyər yağlanması anlamı verən tibbi termindir. Hepatosteatoz alkoqola bağlı olan və alkoqolla bağlı olmayan səbəblərdən yaranır. Nonalkolik qaraciyər yağlanması bütün yaş qruplarında görülə bilər. Səbəbləri: Hipodinamiya (az hərəkətlilik) Obez (piylənmə) Şəkər xəstəliyi (II tip diabet), insulinə rezistentlik Fruktoza (meyvə) şəkərinin artıq dərəcəli qəbulu Hipoteroid (tiroid vəzin hipofunksiyası) Hipofiz vəzin hipofunksiyası (hipopituitarizm) Xüsusi ilə gənclər arasında fast-food-ların, enerji içkilərinin, naməlum mənşəli qazlı içkilərin sui istifadəsi Bəzi dərman maddələrinin xroniki qəbulu (hormonal preparatların) Bir sıra xəstəliklər zamanı ikincili olaraq (Hepatit B və C), Vilson xəstəliyi, autoimmun hepatitlər Sürətli çəki itkisi (uzunmüddətli aclıq pəhrizləri) Hepatosteatoz zamanı xəstə tərəfindən fərq ediləcək spesifik göstəricilər olmur. Xəstələr həkimə müraciət edərkən ümumi halsızlıq, yorğunluq, qarının sağ üst kvadrantında diskomfort kimi şikayətlər edə bilər. Qaraciyər yağlanması təhlükəlidirmi? Xəfif qaraciyər yağlanması adətən xoşxassəli olur. Yağlanma iltihablanma ilə müşahidə edilərsə bu durum steatohepatit adlanır və bu diaqnoz daha təhlükəli vəziyyətdir. Vaxtında qarşısı alınmayan steatohepatit qaraciyər serrozu və qaraciyər catışmazlığı ilə nəticələnə bilər. Diaqnozun qoyulmasında sadə ultrasəs müyinəsi daha ucuz, noninvaziv və asan tətbiq olunan funksional diaqnostika metodudur. Sadə steatoz və steatohepatit anlayışlarına differensasiya zamanı qaraciyərin elastoqrafiyası, seçilmiş xəstələrdə isə qaraciyər biopsiyası təyin oluna bilər. Funksional diaqnostika laborator dəyərləndirmə ilə yanaşı aparılmalıdır.