У нас вы можете посмотреть бесплатно Kürəkdə Ağrı , Qusma Bu Əlamətlər Varsa Qida Borusu Xərçənginə DİQQƏT! или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#qidaborusu #AnarƏliyev #xərçəng Cərrah Proktoloq, Endoskopist -Anar Əliyev İnstagram / proktoloq.a. . Facebook / proktoloqanar Əlaqə nömrə:050 311 00 18 TƏHSİL 1997-2003-cü illərdə Anar Əliyev Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə profilaktika fakultəsində təhsil alıb. . Anar Əliyev AT-nu bitirdikdən sonra 2003-2006-ci illərdə RF Sankt-Peterburq Tibb Akademiyasında Diplomdan sonrakı təhsil Klinik Ordinatura keçib. 2006-2009-cu illərdə Dr.Anar Əliyev RF Sankt-Peterburq Tibb Akademiyasında Diplomdan sonrakı təhsil Aspirantura keçib. İŞ TƏCRÜBƏSİ: 2006-2009-cu il RF. Sank-Peterburq Koloproktoloji İnistitutda Cerrah-Proktoloq işləmişdir. Moskva Dövlət Tibb jurnalında 6 elmi məqalənin və Sankt-Peterburq Tibb Jurnalinda 4-elmi məqalənin 2-tezisin muellifidir. 2010-cu ilden - Bakida Cerrah-Proktoloq, Endoskopist, Qastroenteroloq kimi fəaliyyət göstərir. Qida borusu xərçəngi ən çox rast gəlinən xərçəng növlərindəndir və dünya statistikasına görə, 8-ci yerdə qərarlaşıb. Qida qəbulunda yaranan maneələr, udqunma zamanı diskomfort hissinin olması xəstəliyin ilkin simptomlarından sayılır. Bu xəstəlik nadir hallarda erkən mərhələdə aşkarlanır. Çünki xərçəngin ölçüsü elə həddə çatmalıdır ki, bu zaman qida keçiriciliyi əngəllənsin. Bu da ikinci mərhələdə olur. Buna görə də, çox vaxt pasientlər ikinci, üçüncü mərhələdə müraciət edirlər. Qida borusu xərçənginin əlamətlərindən biri də pasientin ciddi şəkildə çəki itirməsidir. Əksər xərçəng növlərində olduğu kimi bunda da mərhələsindən asılı olaraq müalicə təyin edilir. Erkən mərhələlərdə yalnız cərrahi, ikinci, üçüncü mərhələdə kombinə olunmuş, dördüncü mərhələdə isə simptomatik və ya həyati göstərişlərinə uyğun müalicə növü seçilir. Əsas müalicə metodları kimyaterapiya, şüa terapiya və cərrahi üsullardır. Bu üsullar hər pasientə individual yanaşaraq təyin edilir. Cərrahi müalicənin digər müalicələrlə müqayisədə erkən mərhələlərdə daha effektiv olduğu sübut edilmişdir, lakin bunu hər xəstəyə tövsiyə etmək doğru deyil. Məsələn, metastaz vermiş hallarda cərrahi müalicə yolverilməzdir. Gecikdirilmiş halda müraciət edən pasientlərin müalicə protokolu onların vəziyyətinə görə seçilir.