У нас вы можете посмотреть бесплатно "Semaşko"da tibbi avadanlıqlar niyə işləmir? - Baku TV или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
“Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzdəki tibbi avadanlıqların fəaliyyətində problemlər yaranıb. Gigiyena və Epidemiologiya Mərkəzinin nəzdindəki laboratoriyada taksikoloji-kimyəvi müayinələrin aparılması üçün istifadə olunan tibbi avadanlıq işləmir. Baku TV-yə danışan Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun bildirdiyinə görə, belə xoşagəlməz vəziyyətin yaranması tibbi avadanlığın detallarında yaranan nasazlıqla əlaqədardır. Cihazda yaranan problemin aradan qaldırılması üçün Türkiyədən xüsusi mütəxəssislər də dəvət olunub. Etiraf edək ki, tibbi cihazların işləməməsi təkcə “Semaşko” ilə kifayətlənmir. Bir sıra dövlət hesablı xəstəxanalarda, poliklinikalarda, reablitasiya mərkəzlərində də belə vəziyyət hökm sürür. Hətta Milli Onkologiyada belə şüa aparatının işləməməsi ucbatından aylardır növbədə gözləyən xəstələr var. Tibbi cihazların işləməməsinin səbəbini soruşduqda isə həkimlərdən cavab ala bilmirlər. Bəs görəsən, səbəb nədir, həmin avadanlıqların istismar müddəti başa çatıb, yoxsa ölkədə o cihazları təmir edəcək mütəxəssis yoxdur? Təəssüf ki, hər kəs üçün maraqlı olan bu suallara cavab tapa bilmədik. Milli Onkologiyanın baş həkiminə dəfələrlə zəng vursaq da, zənglərimiz cavabsız qaldı. Pulsuz Elanlar- https://tut.az https://baku.tv / / Abone Olun ► https://www.youtube.com/channel/UCINw... Kanalda bütün müəllif hüquqları qorunur. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır. #BakuTv #Azerbaycan #trend