У нас вы можете посмотреть бесплатно İlqar İsmayılovun həbs edilməsinin gerçək səbəbi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Hökümətə yaxınlığı ilə seçilən mətbuatda AZAL prezidenti Cahangir Əsgərovun vəzifəsindən kənarlaşdırıldığı barədə məlumatlar dərc olunub. Qurum rəsmi açıqlama yaymasa da, məlumatı təkzib də etməyib. Cahangir Əsgərovun adı mətbuatda təkcə bahalı mülklər, qonşu ölkələrlə müqayisədə bir neçə dəfə baha olan aviabiletlərə görə çəkilməyib. O həm də İdeal mağazalar şəbəkəsini cinayətkarlıqla əldəetmədə ittiham olunub. Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva "İdeal Company"nin öncə səhmlərinin 50 faizini alıb. Daha sonra şirkəti tamamilə qurucusunun əlindən almağa nail olub. Hətta, şirkətin qurucusu İlqar İsmayılov hazırda həbsdədir. İlqar İsmayılov şirkətin səhmlərinin bir hissəsini AZAL prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevaya satandan sonra – 2011-2017-ci illərdə “İdeal Company”nin 680 min manata yaxın vəsaitini mənimsəməkdə ittiham olunub. İş adamı Zərifə Həmzəyeva ilə şərik olandan sonra AZAL prezidentinin xanımı özünə məxsus o vaxtkı “SilkWay”, indiki “Premium Bank”dan İlqar İsmayılova 5 milyon manat kredit ayırıb. Lakin o məbləği İlqar İsmayılov görməyib, özü belə deyir. Kredit müqaviləsində isə iş adamın imzası saxtlaşdırılıb. Ekspertiza da bunu təsdiq edib. İş adamı bildirib ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunub. İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edib. O, həbsindən bir neçə gün əvvəl “Facebook” hesabında paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi “İdeal Company”nin direktoru təyin etmək məcburiyyətində qalıb. Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə sonda iş adamını haqlı sayıb və onun haqqında bəraət hökmü çıxarıb. “İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. AZAL rəhbərinin xanımı Zərifə Həmzəyeva “Premium Bank”ın da əsas səhmdarı, “Gazelli Group”un da rəhbəridir. İlqar İsmayılova qarşı isə Cinayət Məcəlləsinin külli miqdarda məınimsəmə) və vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrumetmə qərarı verilib. Kanalda yayımlanan bütün videoların Müəlliflik hüququ Nurlan Libreyə məxsusdur. facebook.com/nurlan.jurnalist Çəkin göndərin yayımlayaq - Whatsapp/ Telegram: +994 55 785 20 93