У нас вы можете посмотреть бесплатно İzləyicilərin suallarına cavab #1 - Əlixan Musayev или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Əziz müsəlmanlar. Suallarınızı kanalın Post bölümünə yaza bilərsiniz! Sual- 1 Öncəki videoda yerləşdirilib. Sual- 2 00:00 - Allaha etiraz edən izləyicinin sualı Sual- 3 07:07 - Möcüzə, Kəramət, Sehr Sual- 4 10:49 - Yaşlı qadının cavan vaxtı örtünməməsinin günahı necə olacaq? Sual- 5 11:51 - Evliliyim gecikir Sual- 6 12:59 - Sizin məzhəbiniz nədir? Sual- 7 15:45 - Bəziləri deyir ki, "Allah istəsə böyük şirk edib o üzrə ölən adamı bağışlayar". Bu cümlə doğrudurmu? Sual- 8 17:01 - Məsciddə imam təravihi 20 rükət qılır. Lakin ilk 10 rükətdən sonra imam ara verir və biz bu zaman vitri birlikdə, yəni aramızdan birini imam seçərək qılırıq. Vitri məsciddə bu şəkildə qılmaq doğrudurmu? Sual- 9 17:53 - Təravih namazında axrıncı rükət eynən vitr namazı kimi qılınır? Sual- 10 18:49 - Vitr namazında hər gün qunut duası oxumaq vacibdirmi, yoxsa sünnədir? Sual- 11 20:33 - Məsciddə təravih namazından sonra imam vitr namazını məğrib namazı kimi qılır. Bu formada qılmaq icazəlidirmi? Sual- 12 22:23 - Azandan sonra iqaməyə qədər yeyib-içməyi bilərək davam etdirmək olarmı? Sual- 13 23:45 - Çimmək orucu pozurmu? Sual- 14 24:28 - İlk öncə qəza orucu tutulur, yoxsa şəvval orucu? Sual- 15 25:07 - Vitr namazını bir rükət qılmaq olarmı? Sual- 16 26:00 - Xüsusilə Ramazanda təravih və vitr namazını məsciddə camaatla qılıb evə gəldikdən sonra gecə yarısı yenidən nafilə namazı qılmaq olarmı? Və bu namazı səsli qılmaq daha əfzəldir, yoxsa səssiz? Sual- 17 28:54 - Mən evdə təkbaşına təravih qılsam, olarmı? Sual- 18 29:27 - Ramazanda toplu şəkildə Quranı xətm etmək icazəlidirmi? Sual- 19 33:58 - Səhər azanından 3-4 dəqiqə keçmişdi, içmədiyim yadıma düşdü. 1-2 qurtum su ilə dərman içdim və axşam azanına kimi orucumu tutdum. Orucum səhihdirmi? Sual- 20 36:29 - Ramazanda Quran oxuyarkən səhifə sayına önəm verək, yəni, tez bitirməyə və bir neçə dəfə xətm etməyə üstünlük verək, yoxsa az oxuyub, tədəbbür etməyə? Sual- 21 38:14 - Qeybət orucu pozurmu? Sual- 22 38:54 - Oruc vaxtı cüməyə xəstəlik səbəbindən gedə bilmirəm. Orucu açıb cüməyə gedimmi, yoxsa orucu davam edimmi? Hansı daha əfzəldir? Sual- 23 40:24 - Mən böyrək əməliyyatı keçirmişəm və yalnız bir böyrəyim var. Əslində, oruc tuturam, amma arada özümü pis hiss edirəm. Orucumu açsam, mənim qəza orucum neçə gün olacaq? Yoxsa tutmasam, hər gün kiməsə iftar və ya pul verməliyəm? Sual- 24 41:56 - Oruc tutulan zaman ağızdakı tüpürcəyi udmaq orucu pozurmu? Sual- 25 42:26 - Oruca başlayarkən qüsl alınmalıdırmı? Sual- 26 42:40 - Hamiləlik dövründən qalmış orucların qəza olduğunu bu Ramazanda öyrəndim. Bunun kəffarəsini ödəmək olarmı? Sual- 27 43:24 - Quran oxuyarkən xətmi tamamlamamış Ramazan ayı başlayarsa, Ramazanda Quranın xətminə əvvəldən başlamaq lazımdır, yoxsa qaldığımız yerdən davam edirik? Sual- 28 44:14 - 3 il əvvəl hamilə olarkən və daha sonra süd verərkən orucumu qəza etmişəm. Bu vaxta qədər qəza oruclarımı bitirə bilməmişəm, ancaq Ramazan oruclarını tutmuşam. Bunu nə dərəcədə düzgün və ya səhv etmişəm? Sual- 29 45:19 - Təravihi 2 rükət qılmaq olar? Sual- 30 45:44 - Ramazan ayının orucuna niyyət etməzdən əvvəl qüsllu olmalıyıqmı? Niyyət edərkən bir dəfə ayın əvvəlindəmi edilir, yoxsa hər gün niyyət edilməlidir? Sual- 31 46:52- Bir qadın ana olduğu dönəmdə oruc tuta bilməyib, qəza olub, həmin qəzanın kəffarəsin pul ilə də ödəməyə imkanı yoxdur və orqanizmi ancaq Ramazanda oruc tutmağa yetir, yəni, taqətsiz biridir. O nə etməlidir? Əziz müsəlmanlar, dərslərimizə dəstəyə, xoş sözlərə görə hər birinizə təşəkkür edirik. Videomuzu bəyənməyi, kanala abunə olmağı unutmayın. Instagram səhifəsi: / alikhan_musayev #əlixanmusayev #quran #islam