У нас вы можете посмотреть бесплатно Lənkəranlı usta dərzi müasir elektron cihazlardan narazılıq edir или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Lənkəranlı usta dərzi müasir elektron cihazlardan narazılıq edir Məişət əşyalarının həyatımızdakı rolu danılmazdır. Onlardan biri də, xüsusən xanımların sevimlisi olan tikiş maşınlarıdır ki, geyimləri istənilən ölçüyə uyğunlaşdırmaqda bu əşya onların ən yaxşı köməkçisi hesab olunur. Növündən asılı olmayaraq bu maşınların işində problem yarandıqda ilk ağıla gələn onu ustaya aparmaq olur. Lakin günümüzdə tikiş maşınlarını təmir edən ustalara çox az rast gəlinir. Əməkdaşımız Lənkəranda uzun illərdir bu işlə məşğul olan rayon sakini ilə görüşüb, bu sənətin özəlliklərini öyrənib. Eldar Quliyev düz 40 ilə yaxındır ki, tikiş maşınlarının təmiri ilə məşğuldur. Usta 10 yaşından bu sənətə başlasa da, artıq 14 yaşından sərbəst tikiş maşınlarını təmir etməyi başlayıb. Əvvəllər daha çox köhnə tikiş maşınların təmir etsə də, sonradan proqramla işləyən maşınların təmirini də həyata keçirib. Bir müddət özəl müəssisələrdə çalışan usta, hazırda 15 ildir ki, şəxsi emalatxanasında bu işlə məşğul olur. Usta deyir ki, onun yanına ən çox köhnə tikiş maşınları gətirilir. Çünki yeni maşınların istifadə müddəti çox az olduğundan bu tip maşınları alanlar da azlıq təşkil edir. İşinin peşəkarı olan ustanın bir çətinliyi var, o da lazım olan bəzi detalları asanlıqla əldə edə bilməməsidir. Ustanı narahat edən digər bir məqam isə, işlək vəziyyətdə olmayan tikiş maşınlarının tullantı kimi zibilliyə atılmasıdır. Qeyd edək ki, müsahibimiz tikiş maşınlarından əlavə digər məişət əşyalarının təmirini də bacarır. Bu peşə o qədər də gəlirli olmasa da, Eldar usta deyir ki, ömür nə qədər vəfa versə bu sahədə çalışacaq. Hazırda bu sahəyə marağın az olduğunu bildirən usta, sənətini gələcək nəsillərə ötürmək üçün təcrübəsini şagirdləri ilə bölüşür.