У нас вы можете посмотреть бесплатно Nurəddin Mehdixanlı, Adil Babayev - Yaşamağı bacarmıram... или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
“Yaşamağı” bacarmıram, deyirlər ki, çox fərsizəm, zəmanədən xəbərsizəm. Yaşamağı bacarmıram… Kəsməmişəm ömrüm boyu, bir yetimin tikəsini. Seçməmişəm adamların Xırdasını, yekəsini. Döyməmiəm şöhrət üçün vəzifəli adamların qapısını. Gəzməmişəm üzdə məğrur, dalda sınıq. Palaz kimi sərilərək qalamışam ayaq altda. Mərdlik, namus axtarmışam əzəl başdan mən həyatda. Balalarım yeyib, ancaq zəhmətimin çörəyini. Qazanc üçün, mənsəb üçün qırmamışam neçə insan ürəyini. Saxta dostluq, yalançı vəd düşmənimdir əzəl gündən. Xoşlanmıram bir yaltağın Təmənnalı söhbətindən, ülfətindən. Vəzifəni şöhrət üçün körpü bilən, dalda söyən, üzdə gülən adamlarla yoxdur aram. Mən - İnsanlıq yollarında fədaiyəm, Mən - Ədalət yollarında cəfakaram Anbarları siçan kimi acgözlüklə gəmirənlər, Rəislərə bəxşiş deyə pay verənlər, pul verənlər, göz yaşları bahasına evlərini gümüşlərlə, büllurlarla dolduranlar, İnsanların sevincinə od vuranlar, Uzaq-yaxın şəhərlərə pul tökənlər harın-harın, düşmənimdir əzəl gündən, düşməniyəm mən onların! Yaltaqlığı, xəyanəti, qara fikri, bəd niyyəti nəzakətin pərdəsinə bürüyənlər, Üzdə məğrur gəzə-gəzə gözümüzdə miskinləşib çürüyənlər bəyənməsin məni, nə qəm? Mən dünyaya insan gəldim, İnsan kimi gedəsiyəm. Qəh-qəh çəkib gülsün mənə Neçə yaltaq, neçə harın, yaşamağı bacarmıram qoltuğunda sözü meyxoş, ürəyi boş, ərin haram pullarından fikri sərxoş xanımların! Bəzən benzin, bəzən beton, bəzən pambıq hesabına maşınları qoşalayan, ürəklərə, şüurlara zəhər tökən, şübhə yayan zəlillərin, qəlbi, fikri zəlillərin düşməniyəm! Tüpürürəm o həyata. Çörəyinə neçə haram, Dediyinə neçə yalan qata-qata yaşayanlar bəyənməsin məni, nə qəm? Mən şairəm, ürəyimi günlərimə yedirirəm. Mən şairəm, ədalətdir tanrım mənim. Ürəyimin döyüntüsü, gözlərimin işığıdır varım mənim. Yaşamağı bacarmıram… Mənə yaddır yalmanaraq yaşamağı bacaranlar. Bu amala gedən yolda Həm dostum, həm düşmənim var. Yaşamağı bacarmıram… Yaşamağa bir şərəfdir bu həyatım. Mənim bu cür fərsizliyim fəxri adım, Həyatımdan mənə çatan ən dəyərli mükafatım. ağı” bacarmıram, deyirlər ki, çox fərsizəm, zəmanədən xəbərsizəm. Yaşamağı bacarmıram… Kəsməmişəm ömrüm boyu, bir yetimin tikəsini. Seçməmişəm adamların Xırdasını, yekəsini. Döyməmiəm şöhrət üçün vəzifəli adamların qapısını. Gəzməmişəm üzdə məğrur, dalda sınıq. Palaz kimi sərilərək qalamışam ayaq altda. Mərdlik, namus axtarmışam əzəl başdan mən həyatda. Balalarım yeyib, ancaq zəhmətimin çörəyini. Qazanc üçün, mənsəb üçün qırmamışam neçə insan ürəyini. Saxta dostluq, yalançı vəd düşmənimdir əzəl gündən. Xoşlanmıram bir yaltağın Təmənnalı söhbətindən, ülfətindən. Vəzifəni şöhrət üçün körpü bilən, dalda söyən, üzdə gülən adamlarla yoxdur aram. Mən - İnsanlıq yollarında fədaiyəm, Mən - Ədalət yollarında cəfakaram Anbarları siçan kimi acgözlüklə gəmirənlər, Rəislərə bəxşiş deyə pay verənlər, pul verənlər, göz yaşları bahasına evlərini gümüşlərlə, büllurlarla dolduranlar, İnsanların sevincinə od vuranlar, Uzaq-yaxın şəhərlərə pul tökənlər harın-harın, düşmənimdir əzəl gündən, düşməniyəm mən onların! Yaltaqlığı, xəyanəti, qara fikri, bəd niyyəti nəzakətin pərdəsinə bürüyənlər, Üzdə məğrur gəzə-gəzə gözümüzdə miskinləşib çürüyənlər bəyənməsin məni, nə qəm? Mən dünyaya insan gəldim, İnsan kimi gedəsiyəm. Qəh-qəh çəkib gülsün mənə Neçə yaltaq, neçə harın, yaşamağı bacarmıram qoltuğunda sözü meyxoş, ürəyi boş, ərin haram pullarından fikri sərxoş xanımların! Bəzən benzin, bəzən beton, bəzən pambıq hesabına maşınları qoşalayan, ürəklərə, şüurlara zəhər tökən, şübhə yayan zəlillərin, qəlbi, fikri zəlillərin düşməniyəm! Tüpürürəm o həyata. Çörəyinə neçə haram, Dediyinə neçə yalan qata-qata yaşayanlar bəyənməsin məni, nə qəm? Mən şairəm, ürəyimi günlərimə yedirirəm. Mən şairəm, ədalətdir tanrım mənim. Ürəyimin döyüntüsü, gözlərimin işığıdır varım mənim. Yaşamağı bacarmıram… Mənə yaddır yalmanaraq yaşamağı bacaranlar. Bu amala gedən yolda Həm dostum, həm düşmənim var. Yaşamağı bacarmıram… Yaşamağa bir şərəfdir bu həyatım. Mənim bu cür fərsizliyim fəxri adım, Həyatımdan mənə çatan ən dəyərli mükafatım.