У нас вы можете посмотреть бесплатно İnfitar surəsinin düzgün oxunuşu | Quran əzbərləyirik #36 | Bəxtiyar Turabov или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Qur'anın 82-ci surəsi olan "Əl-İnfitar", "Parçalanma" surəsi. 19 ayədir. Məkkədə nazil olmuşdur. Mərhəmətli və Rəhmli Allahın adı ilə! 1. Göy parçalanacağı zaman, 2. ulduzlar səpələnəcəyi zaman, 3. dənizlər daşıb bir-birinə qarışacağı zaman, 4. qəbirlər çevriləcəyi zaman, 5. hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir. 6. Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? 7. O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. 8. Səni istədiyi şəklə saldı. 9. Xeyr! Əksinə, siz Qiyaməti yalan hesab edirsiniz! 10. Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır – 11. çox möhtərəm, əməllərinizi yazanlar. 12. Onlar sizin nə etdiklərinizi bilirlər. 13. Həqiqətən, itaətkarlar nemət içində olacaqlar. 14. Şübhəsiz ki, günahkarlar da Cəhənnəmdə olacaqlar. 15. Onlar ora Haqq-hesab günü girəcəklər. 16. Onlar əsla ondan yayına bilməyəcəklər. 17. Sən haradan biləydin ki, Haqq-hesab günü nədir? 18. Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir? 19. O gün heç kəs, heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ إِذَا السَّمَاءُ انْفَطَرَتْ (1) وَإِذَا الْكَوَاكِبُ انْتَثَرَتْ (2) وَإِذَا الْبِحَارُ فُجِّرَتْ (3) وَإِذَا الْقُبُورُ بُعْثِرَتْ (4) عَلِمَتْ نَفْسٌ مَا قَدَّمَتْ وَأَخَّرَتْ (5) يَا أَيُّهَا الْإِنْسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ (6) الَّذِي خَلَقَكَ فَسَوَّاكَ فَعَدَلَكَ (7) فِي أَيِّ صُورَةٍ مَا شَاءَ رَكَّبَكَ (8) كَلَّا بَلْ تُكَذِّبُونَ بِالدِّينِ (9) وَإِنَّ عَلَيْكُمْ لَحَافِظِينَ (10) كِرَامًا كَاتِبِينَ (11) يَعْلَمُونَ مَا تَفْعَلُونَ (12) إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ (13) وَإِنَّ الْفُجَّارَ لَفِي جَحِيمٍ (14) يَصْلَوْنَهَا يَوْمَ الدِّينِ (15) وَمَا هُمْ عَنْهَا بِغَائِبِينَ (16) وَمَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ (17) ثُمَّ مَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ (18) يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِنَفْسٍ شَيْئًا وَالْأَمْرُ يَوْمَئِذٍ لِلَّهِ (19) 🔴 Qeyd edək ki, transkripsiyadakı cüt saitlər, uzatma kimi oxunacaq (Məsələn: "səməə'u" kəlməsindəki cüt "ə" kimi) 🔴 🔘 İzəs-səməə'un- fətərat. Və izəl-kəvəəkibun- təsərat. Və izəl-bihəəru fuccirat. Və izəl-qubuuru bu'°sirat. Əlimət nəfsum məə qaddəmət və əxxarat. Yəə əyyuhəl-insəənu məə ğarrakə biRabbikəl-Kəriim. Əlləzii xaləqakə fəsəvvəəkə fə'ədələk. Fii əyyi suuratim məə şəə'ə rakkəbək. Kəlləə bəl tukəzzibuunə bid-diin. Və innə aləykum ləhəəfiziin. Kiraamən kəətibiin. Yə'°ləmuunə məə təf'əluun. İnnəl-əbraara ləfii nə'iim. Və innəl-fuccəəra ləfii cəhiim. Yəsləvnəhəə yəvməd-diin. Və məə hum ənhəə biğaa'ibiin. Və məə ədraakə məə yəvmud-diin. Summə məə ədraakə məə yəvmud-diin. Yəvmə ləə təmliku nəfsul linəfsin şəy'əv vəl-əmru yəvmə'izil-lilləəh. "izəə" (izəs və izəl) kəlmələrindəki "z" hərfi, pəltək "zəl" hərfidir. "infətarat" kəlməsindəki "t" hərfi, qalın "ta" hərfidir. "intəsərat" kəlməsindəki "s" hərfi, pəltək "sə" hərfidir. "bihəəru" kəlməsindəki "h" hərfi, boğaz hərfidir. " bu'°sirat " kəlməsindəki bu işarə " '° " boğaz hərfi olan "ayn" hərfinin sukunlanmasıdır (üzərində dayanılmasıdır), "s" hərfi isə, pəltək "sə" hərfidir. "əlimət" kəlməsindəki ilk "ə" hərfi, boğaz hərfi olan "ayn" hərfidir. "əlləzii" kəlməsindəki "z" hərfi, pəltək "zəl" hərfidir. "fə'ədələk" kəlməsindəki vurğulu " 'ə " hərfi, boğaz hərfi olan "ayn" hərfidir. "suuratin" kəlməsindəki "s" hərfi, qalın "sad" hərfidir. "tukəzzibuunə" kəlməsindəki qoşa "zz" hərfi, pəltək "zəl" hərfidir. "aləykum" kəlməsindəki "a" hərfi, boğaz hərfi olan "ayn" hərfidir. "ləhəəfiziin" kəlməsindəki "h" hərfi, boğaz hərfi, "z" hərfi isə, qalın "za hərfidir. " yə'°ləmuunə " kəlməsindəki bu işarə " '° " boğaz hərfi olan "ayn" hərfinin sukunlanmasıdır (üzərində dayanılmasıdır). "təf'əluun" kəlməsindəki vurğulu " 'ə " hərfi, boğaz hərfi olan "ayn" hərfidir. "nə'iim" kəlməsindəki vurğulu qoşa " 'ii " hərfi, boğaz hərfi olan "ayn" hərfinin uzatmasıdır. "cəhiim" kəlməsindəki qoşa "ii" hərfi, boğaz hərfi olan "ayn" hərfinin uzatmasıdır. "yəsləvnəhəə" kəlməsindəki "s" hərfi, qalın "sad" hərfidir. "ənhəə" kəlməsindəki ilk "ə" hərfi, boğaz hərfi olan "ayn" hərfidir. "summə" kəlməsindəki "s" hərfi, pəltək "sə" hərfidir. "yəvmə'izin" kəlməsindəki "z" hərfi, pəltək "zəl" hərfidir. QURAN ƏZBƏRLƏYİRİK: • QURAN ƏZBƏRLƏYİRİK http://quran-tv.com/ #BəxtiyarTurabov #QuranƏzbərləyirik