У нас вы можете посмотреть бесплатно "Bədənim çürüyüb, qan gəlir" | Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
"Bədənim çürüyüb, qan gəlir" | Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar Baku TV qaynar xəttinə daxil olan vətəndaş şikayəti əsasında araşdırma aparıb. Fərizə Hacıyevanın dediyinə görə, onu özünü plastik cərrahiyə üzrə mütəxəssis kimi təqdim edən Nigar Məhəmmədova bədən şəkilləndirmə əməliyyatı edib və dərhal sonra bədəni çürüməyə başlayıb. “Yanvarın 14-də “MedAura” klinikasında bədən şəkilləndirmə əməliyyatı keçirdim. Əməliyyatdan sonra bədənimdə fəsadlar yarandı. Qorxmağa başladım, həkimdən soruşanda yaxşı olacağını dedi”, – şikayətçi söyləyib. Kanalın çəkiliş qrupu məsələyə aydınlıq gətirmək üçün adıçəkilən həkimin işlədiyi xəstəxanaya yollanıb. Tibb müəssisəsinin baş həkimi açıqlamasında onun artıq burada çalışmadığını bildirib. Araşdırma zamanı məlum olub ki, Nigar Məhəmmədova hazırda Kliniki Tibbi Mərkəzdə ümumi cərrah kimi çalışır. Daha sonra Baku TV-nin müxbiri əvvəlcə pasiyent kimi həkimin qəbuluna yazılıb, daha sonra isə Baku TV-nin əməkdaşı kimi xəstəxanaya daxil olub. Amma həkim çəkiliş qrupunu görəndə gizlənərək suallardan yayınıb. Araşdırma nəticəsində o da məlum olub ki, “MedAura” klinikasında Nigar Məhəmmədovanın əməliyyat etdiyi Günay Məmmədova və daha bir neçə pasientdə də ciddi estetik və sağlamlıq problemləri yaranıb. Bundan başqa, iddialara görə, həkimin “Mərcan” klinikasında əməliyyat etdiyi Rusiya vətəndaşı Arzu Sadıqova abdominoplastika əməliyyatı zamanı dünyasını dəyişib. Səhiyyə Nazirliydən verilən məlumatda bildirilib ki, Xüsusi Təftiş Komissiyasının təsdiqlədiyi plastik cərrahlar siyahısında Nigar Fazil qızı Məhəmmədovanın adı yoxdur. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber https://x.com/bakutvofficial / baku.tv https://www.baku.tv "Bədənim çürüyüb, qan gəlir" | Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar 2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #hadisə #saxtahəkim #şikayət