У нас вы можете посмотреть бесплатно Masallı sakini otlaq sahəsindən yırtıcı qartal tutub. или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Masallı sakini otlaq sahəsindən qartal tutub. Ölkəmizdə nadir quşlardan sayılan qartal yaralı olduğundan onu götürərək evinə gətirib Rayonun Xırmandalı kənd sakini Anar Qurbanov itmiş atını axtaramağa gedərkən özünə məxsus otlaq sahəsində qartalla rastlaşıb. Quş qanadından yaralı olduğu üçün onu sahədə buraxmayaraq evinə gətirib. Anar Qurbanov üç gün əvvəl tutduğu yırtıcı qartalı ətlə qidalandırır. Eyni zamanda onu müalicə edə bilmədiyindən aidiyyəti qurumlardan qartalı ondan təhvil almasını istəyir Kənd sakini Anar Qurbanov:“ Çöldə gedirdim atla, gördüm at hürkdü. Atı bağladım, düşdüm bunun dalınca gördüm qartaldı. Qalıb orda ölməsin deyə gətirdim evə. Aidiyyəti qurumlara məlumat verək ki, gəlsin bunu aparsın. Bu ərazi dağlıq zona olmadığı üçün burada qartala az rast gəlinir.” Qızılquşlar fəsiləsinə aid olan qartalın dünyada 290, Azərbaycanda isə 36 növünə rast gəlinir. Ekoloqlar "Qırmızı Kitab"a düşən bu nadir quşların təbiətdə nizamlayıcı rola malik olduğunu, kənd təsərrüfatına ziyan vuran gəmiriciləri, xəstə heyvanları məhv etməklə təbiətdəki harmoniyanı qoruduğunu bildirirlər