У нас вы можете посмотреть бесплатно “O”nun budəfəki qonağı Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmovadır или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
“O” Bəhruz Niftəliyevin təqdimatında Məqsədimiz müxtəlif sahələri təmsil edən məşhur, sevilən və ya tanınmayan amma maraqlı həyat yoluna malik olan insanların uğur hekayəsini tamaşaçılara nümunə kimi təqdim etməkdir. “O” həm şəxs əvəzliyini, həm də sıfır rəqəmini özündə ehtiva edir. Dəvət olunan simanın sıfırdan başlayaraq nail olduğu uğurlara qədər keçdiyi yola nəzər yetirilir. Aparıcı isə qonağa suallar və qısa tezislər verir. Söhbət müxtəlif başlıqlar altında davam edir . (“Mənə biraz ondan danış”, “O”nu bağışlamaq olarmı?” “Uşaqlığının son gecəsi” və.s) Veriliş boyu qonağın foto albomuna müraciət olunur. Ömrün illərinə uyğun (uşaqlıq, məktəb, ailə və.s) şəkillər söhbət əsnasında tamaşaçılara qısa keçidlər vasitəsi ilə təqdim edilir. Mövzuya uyğun dəyişən fon musiqiləri ümumi auranı daha da anlaşılan edir. Hiss, həyəcan, duyğu və düşüncələrin musiqi ilə ahəngi təmin olunur. “O” sosial-psixoloji proqramdır. İnsanlara insanlığı aşılamaq, sosial mesajlar vermək “O”nun əsas meyarıdır. Həyat gözəldir, yaşamağa, mübarizə aparmağa və qalib gəlməyə dəyər. Bizim həyatımız bizim əlimizdədir. Biz bu dünyanın sakinləriyik , həm də öz dünyamızın sahibi. Özünüzü sevin, sevin ki dünya gözəl olsun ! Müəllif və aparıcı: Bəhruz Niftəliyev Rejissor: Gülüstan Əkbər Copyright © Mədəniyyət TV YouTube kanalına abunə olun: https://bit.ly/2BpXnnT Facebook - https://bit.ly/39jZ96G İnstagram - https://bit.ly/30IIVjB Youtube - https://bit.ly/39tyzYL Rəsmi sayt: https://bit.ly/2OMoBrU İnsanın tərbiyə almasında, mədəni-intellektual fərd kimi formalaşmaşında ailənin rolu nə qədərdisə, millətin də millət kimi formalaşmasında, zövqünün, mədəni səviyyəsinin yüksəlməsində telekanalların funksiyası eynidir. Azərbaycan Teleradio Verilişləri QSC-nin bazasında təzə yaranmış və qısa müddətdə tamaşaçı rəğbəti qazanmış “Mədəniyyət” kanalı məhz belə önəmli missiyanın öhdəsindən uğurla gəlir. “Mədəniyyət” kanalının əsas məqsədlərindən biri zəngin Azərbaycan mədəniyyətinin bəşəri dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini ölkəmizdə təbliğ etmək, gənc nəslin bədii-estetik zövgünü formalaşdırmaqdır. Dövlət başçısı İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əsaslı islahatları sürətləndirməyə başladı. Kino, teatr, musiqi, tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı qəbul olunan dövlət proqramları və cənab Prezidentin mədəniyyət sahələrinin inkişafı ilə bağlı sərəncamları bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanmasına həqiqətən böyük qayğı var. Bu sərəncamlarda mədəniyyətimizin bütün sahələrinin inkişafına dövlət tərəfindən böyük dəstək verildiyi bir daha təsdiqlənir. “Mədəniyyət” kanalının açılması da dövlətimizin, onun başçısı İlham Əliyevin mədəniyyətə, incəsənətə göstərdiyi böyük diqqət və qayğının nəticəsidir. “Mədəniyyət” kanalının məhz Azərbaycan Televiziyasının nəzdində yaranması da təsadüfi deyildi. #AZTV #MədəniyyətTV