У нас вы можете посмотреть бесплатно KAİNATIN ÖLÇÜLƏRİ.Planetlər,ulduzlar və qalaktikaların ölçüıəri. или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Kainat — zaman, məkan və onların bütün tərkib hissələrini əhatə edir.Kainata planetlər, təbii peyklər, cırtdan planetlər, ulduzlar, qalaktikalar, qalaltikalararası boşluqlar, ən kiçik subatom zərrəciklər və bütün materiya və enerji daxildir. Müşahidəolunan kainatın diametri hal-hazırda 28 parsek və ya 93 milyard işıq ilidir. Kainatın ölçüləri məlum deyil və sonu olub-olmadığı bilinmir.[Müşahidələr və fiziki nəzəriyyələrin inkişafı kainatın tərkibi və təkamülü barədə nəticə çıxarmağa imkan verib. Ulduzlar kainatın müşahidə edilən hissəsindəki cisimlərdir. Hər böyük qalaktikada təqribən bir neçə yüz milyard ulduz, Metaqalaktikada isə təqribən 100000 qalaktika olduğundan, kainatdakı ulduzların sayı 1019-dan çoxdur.[6] Qədim zamanlardan insanlar kainatı öyrənməyə başlayıblar. Onlar səmaya baxıb ulduzlar haqqında müxtəlif fikirlər irəli sürmüşdülər. Hələ o zamanda yaşayıb yaradan Biruni teleskop olmadan belə ulduzlar haqqında dəqiq məlumatlar vermişdir. İlk teleskopu isə elmdən kənar, amma “yandırıcı” güzgü həvəskarı olan Yakob Metenus düzəltmişdir. O, bir gün borunun bir ucuna çökək, o birinə isə qabarıq linza bərkitmək qərarına gəlir və nəticəsi durbin olur. Beləliklə, ilk durbin Niderlandda XVII əsrin əvvəllərində ixtira edilmişdir. Bundan sonra durbinin bir neçə müəllifi də olmuşdur. Onlar da elmdən kənar adamlar idilər. Lakin onlar birbirindən xəbərsiz bu durbinləri düzəltmişdilər. Onlardan birini Middelsbur adlı şəhərciyin sakini olan İohan Leppersqey düzəltmişdir. Bu teleskop 1608-ci ildə nümayiş etdirilmişdir. 1610-cu ildə Qalileo Qaliley bundan xəbər tutub, özü teleskop düzəltmək fikrinə düşür və çox keçmir ki, o nəzəri düşüncələri əsasında teleskop düzəldir. Qalileyi teleskopun ixtiraçısı saymaq olmaz. Lakin o, elmi əsaslarla teleskop düzəltmiş ilk alim oldu. Birlinzalı teleskopun sxemini isə ilk dəfə alim, mühəndis, rəssam və heykəltəraş olan Leonardo da Vinçi (1452-1519) vermişdir.