У нас вы можете посмотреть бесплатно Ədalət Verdiyev nədə ittiham olunur? | Detallar açıqlandı или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Ədalət Verdiyev nədə ittiham olunur? | Detallar açıqlandı Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib. Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə keçirilən ilk hazırlıq iclası məhkəmənin qərarı ilə qapalı keçirilib. Buna səbəb kimi isə cinayət işinin əsasını hərbi sirlərin yayılması ilə bağlı epizodların təşkil etməsidir. Məhkəmənin baxış iclası martın 19-na təyin edilib. Qeyd edək ki, hərbi ekspertə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə elan olunan ittiham xitam olunub. Onun işi yalnız Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə məhkəməyə göndərilib. Baş Prokurorluğun yaydığı məlumata görə, media subyektləri və internet resurslarında aparılan monitorinq zamanı ötən il noyabrın 22-də Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin Mülki Müdafiə Qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçən xüsusi səlahiyyət üzrə hərbi ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub. Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib. İstintaqla işğaldan azad olunan ərazilərə noyabrın 22-də təşkil olunan mediaturda hərbi ekspert qismində iştirak edən Ədalət Verdiyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməsi aşkarlanıb. Həmçinin onun videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib. Toplanan sübutlar əsasında istintaq başlanan dövrdə Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Ədalət Verdiyev ötən ilin noyabr ayında saxlanılıb. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber / baku.tv / bakutvofficial https://www.baku.tv ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI QAPQARA ➧ • QAPQARA AYDIN TARİX ➧ • AYDIN TARİX ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir? O VAXTLAR ➧ • O VAXTLAR SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD BAKU ANALİTİK ➧ • ANALİTİK BAXIŞ BAKU MED ➧ • BAKU MED RƏSMİLƏR ➧ • RƏSMİLƏR BAKU AKTUAL ➧ • AKTUAL GÜNDƏM RETRO BAKU ➧ • RETRO BAKU ARAŞDIRMA ➧ • ARAŞDIRMA 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİKASI Ədalət Verdiyev nədə ittiham olunur? | Detallar açıqlandı 2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #ədalətverdiyev #hərbicinayət #hərbiekspert #cinayətişi #hərbisirlər #ittiham #məhkəmə