У нас вы можете посмотреть бесплатно Qərbi Zəngəzur Qacaran şəhəri или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Qərbi Zəngəzur Qacaran şəhəri Oxçuçayın sahilində yerləşən şəhər İrəvandan 356 km, Qafan şəhərindən 25 km, İran-Ermənistan sərhədindən isə 50 km uzaqlıqdadır. Qacaranın da yerləşdiyi Sünik mərzində (tarixi Zəngəzur mahalı) aşkar edilən bütpərəst məbədləri e.ə 2-3-cü minillikdə bu ərazidə yaşayışın olduğunu göstərir. Metalın kəşf olunması isə Tunc dövrünə qədər gedib çıxır. Zəngəzur mis-molibden zavodu Qafan ərazisində 1850-ci ildə istifadəyə verilən ilk mis mədəni 1910-cu ilə kimi fəaliyyət göstərib. 1935-ci ildə aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni nəhəng mis yataqlarının kəşf olunmasıyla Sovet hökumətinin diqqət mərkəzinə gəlmiş Qafanda 1940-cı ildə mədən və fabrikin tikintisinə başlanılmışdır. Lakin, İkinci dünya müharibəsinin başlaması ilə tikinti işləri 1944-cü ilə kimi ara vermiş, daha sonra yenidən başlayan tikinti işlərinin nəticəsində isə 1951-ci ildə «Zəngəzur mis-molibden zavodu» («Qacaran mis-molibden zavodu») istifadəyə verilmişdir. «Zəngəzur mis-molibden zavodu»nun tikintisiylə birlikdə Verin Hand və Oxçu kəndləri arasında yeni salınan şəhər öz adını yaxınlıqda yerləşən Qacaran adlı kənddən aldı. 1958-ci ildən etibarən Qacaran şəhəri respublika tabeli şəhər statusu daşıyır. Şəhərin və eyni zamanda şəhərətrafı kiçik kəndin adı çox güman ki, qədim türk tayfalarından olan qacarlarla bağlıdır. Səfəvilər dövləti dövründə İrəvan hakimlərinin Qacar tayfasından olması da bu ehtimalı gücləndirir. 39°09′04″ şm. e. 46°09′36″ ş. u.