У нас вы можете посмотреть бесплатно Ağlasığmaz dələduzluq | "Xaricdə iş" adı ilə 130 nəfəri aldadanların əməlləri ifşa olundu - Baku TV или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Ağlasığmaz dələduzluq | "Xaricdə iş" adı ilə 130 nəfəri aldadanların əməlləri ifşa olundu - Baku TV Bakıda fəaliyyət göstərən "Recent Group" MMC və "Area Alfa Group" MMC-nin rəhbərləri Sevinc Aslanova və Kamil Curayevin cinayət işinin məhkəmə baxış iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlərin ifadələri dinlənilib. Təqsirləndirilənlər tərəfindən aldadıldığını deyən zərərçəkənlər bildiriblər ki, "Avropada iş" elanını sosial şəbəkələrdə görüblər. Daha sonra paylaşımda qeyd olunan ünvana yaxınlaşaraq ilkin ödəniş ödəyib və müvafiq müqavilə imzalayıblar. İlkin olaraq müəyyən sənədləşmə prosesi aparıldıqdan sonra onlara Şengen ölkələrindən işçi dəvətnaməsinin gəlməsinə söz verilsə də, buna əməl olunmayıb və ödənilən pullar mənimsənilib. İstintaqla müəyyən edilib ki, "Recent Group" MMC-nin direktoru Sevinc Aslanova və "Area Alfa Group" MMC-nin direktoru Kamil Curayevin ayrı-ayrı şəxslərdən müxtəlif Avropa ölkələrində işə düzəlmələri, həmçinin iş vizasının alınmasına kömək edəcəklərini vəd edərək dələduzluq yolu ilə aldıqları pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etmələri və etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda özgə əmlakını təkrarən ələ keçirmələri ilə bağlı kifayət qədər dəlillər toplanılıb. Araşdırmalarla müəyyən edilib ki, Sevinc Aslanova Kamil Curayev ilə qabaqcadan əlbir olaraq qrup halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə ümumilikdə 130 nəfərin 161 550 manatını mənimsəyib. Hər iki şəxslə bağlı toplanmış materiallar üzrə ittiham elan edilib, barələrində həbs və polisin nəzarəti altında qətimkan tədbiri seçilib. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber https://x.com/bakutvofficial / baku.tv https://www.baku.tv Ağlasığmaz dələduzluq | "Xaricdə iş" adı ilə 130 nəfəri aldadanların əməlləri ifşa olundu - Baku TV 2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #bakutvxəbər #dələduzluq #xaricdəiş #işdələduzluğu #vətəndaşaldadılması #cinayətxəbəri baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan