У нас вы можете посмотреть бесплатно QAZLI İÇKİLƏR UŞAQLARDA XƏRÇƏNG XƏSTƏLİYİ YARADIR? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Verdiyi zərər baxımından fəst-fudlarla yarışacaq içkilər yay aylarında daha da məhşurlaşır. Mütəxəssislər müxtəlif kremlər, rəngləndirici və dadlandırıcı maddələr, eləcə də bol miqdarda şəkər ehtiva edən bu içkilərin piylənməyə səbəb olmaqla yanaşı, immunitet sistemini də zədələdiyini bildirirlər. Medicina.az-a xəbər verir ki, mövzuyla əlaqədar uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis Bora Baysal bunları söyləyib: “Uşaqlar üçün cəlbedici hala gətirilən bütün qazlı, südlü və bol şəkərli içkilər piylənmə üçün risk faktorudur. Bunların tək təhlükəsi piylənməyə səbəb olmaları deyil. Belə içkilər həm də tərkibində kanserogen maddələr olduğu üçün böyük riskdir. Onlar şəkər asılılığı yaradırlar. Bunları içən uşaq getdikcə daha çox istehlak etmək istəyir. Tərkibi tam olaraq bəlli olmayan bu içkilərdəki bəzi maddələr zəhərli təsir göstərəcək qədər təhlükəli ola bilər”. O, bunun diqqət çatışmazlığı və hiperaktivlikdən tutmuş hipertoniya, ürək xəstəlikləri və orqan pozğunluğuna, hətta xərçəngə qədər bir çox problemə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib: “Əvvəllər fəst-fuddan danışılırdı, indi içkilər də gündəmdədir. Elə içkilər var ki, bir stəkan 500 kaloridir. Uşaqları tələyə salan bu içkilər onların gələcəyini təhlükə altında qoyur”. Bora Baysal valideynlərə uşaqlarda adi su, ayran, kefir və evdə hazırlanmış təbii şirələr içməyi vərdiş halına gətirməyi tövsiyə edib. #sağlamlıq #uşaqlar #qazlıiçki