 
                                У нас вы можете посмотреть бесплатно Qazaxıstan alimlərindən Xəzər dənizi ilə bağlı qorxunc proqnoz или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
                        Если кнопки скачивания не
                            загрузились
                            НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
                        
                        Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
                        страницы. 
                        Спасибо за использование сервиса ClipSaver.ru
                    
Qazaxıstan alimlərindən Xəzər dənizi ilə bağlı qorxunc proqnoz Qazaxıstan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında “Kazhidromet” dövlət müəssisəsinin Xəzər dənizində suyun səviyyəsi ilə bağlı proqnozu dərc olunub. Burada mövcud iqlim dəyişikliyi və antropogen təsirlərin birgə təsirinin Xəzər dənizinin səviyyəsinin azalmasına təsir etdiyi bildirilib. Qeyd olunub ki, bu proseslərə ən həssas zona Qazaxıstanın dəniz sahəsidir. Qazaxıstan alimlərinin apardığı tədqiqatlar göstərib ki, dəniz səviyyəsinin aşağı düşməsi tendensiyası davam edəcək. Hesablamalara görə, 2050-ci ilə qədər Xəzər dənizinin səviyyəsi Baltik sistemi boyunca -32,4 və -34 metr səviyyəsinə enə bilər. Baltik dənizi sistemində Xəzər dənizinin hazırkı səviyyəsinin təxminən 28,5 metr olduğu təxmin edilir. Bu o deməkdir ki, 2050-ci ilə qədər Xəzər dənizinin səviyyəsi indiki səviyyəsindən 5,5 metr aşağı düşə bilər. “Kazhidromet” 1940-cı ildən bəri Xəzərdə dəniz suyunun necə dəyişdiyi barədə də məlumat verib: – 1940-1977-ci illərdə dəniz səviyyəsinin enmə sürəti ildə 4 santimetr (ümumi azalma 1,2 metr) olub; – 1978-1995-ci illərdə ildə 13 santimetr səviyyə artımı qeydə alınıb (ümumi artım 2,5 metr); – 1996-2023-cü illərdə səviyyənin ildə 8 santimetr eniş dövrü müşahidə edilib (ümumi azalma 1,83 metr); – 2006-2024-cü illər arasında səviyyə 2 metr aşağı düşüb. Bu ilin avqustunda Aktauda keçirilən elmi konfransda bildirilib ki, son 20 ildə Xəzər dənizinin Qazaxıstana məxsus hissəsi sahildən 18 kilometr uzaqlaşıb. Bu müddət ərzində dəniz səviyyəsi orta hesabla 2 metr aşağı düşüb. Bəzi hesablamalar göstərir ki, bu tendensiya əsasında Xəzər dənizinin Qazaxıstan hissəsi 2050-ci ilə qədər sahildən 35 kilometrə qədər uzaqlaşacaq. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber https://x.com/bakutvofficial / baku.tv https://www.baku.tv Qazaxıstan alimlərindən Xəzər dənizi ilə bağlı qorxunc proqnoz 2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #xəzərdənizi #qazaxıstan #proqnoz #ekologiya #təhlükə #iqlim