У нас вы можете посмотреть бесплатно Bölgələrə yüksəksürətli internet xətti çəkilir... | Kanal S Xəbər или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Abone OL: https://goo.gl/W99fFm Copyright © Kanal S_official Sayt: https://kanal-s.az Facebook: https://goo.gl/XVhVzG Bölgələrdə, xüsusilə də Şəkidə internetin keyfiyyətinin çox aşağı olması ilə bağlı ötən həftə sujet təqdim etmişdik. Artıq bu problemlər geridə qalacaq. Belə ki, “Aztelekom” tərəfindən Şimal-Qərb bölgəsinin 5 rayonuna Balakən, Zaqatala, Qax, Şəki və Oğuza GPON texnologiyası ilə yüksəksürətli internet çəkilir. İşlər şəhərlərlə yanaşı, kəndlərdə də paralel olaraq aparılır. Şəkinin Kiçik Dəhnə kəndi də GPON texnologiyası əsasında yüksəksürətli internetlə təmin edilir. Texniki imkanları məhdud olan TDM stansiyasının yerinə 6144 montaj tutumlu IP multimedia sistemli Optik Xətt Terminalı istismara verilib. Kiçik Dəhnə kəndinin bütün məhəllə və küçələrinə fiber-optik kabel şəbəkəsi çəkilib, evlərin yaxınlığında texniki normalara uyğun məsafədə optik paylayıcı qutular quraşdırılıb. 450 kənd sakininin mənzilinə yeni telefon və internet xətti çəkilib. Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli internet paketləri təklif olunur. Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 A- 54 manat arasında dəyişir. #kanalsxəbər #internet