У нас вы можете посмотреть бесплатно Kartla ödənişdə fırıldaqçılıq | Sahibkarlara vacib xəbərdarlıq или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Kartla ödənişdə fırıldaqçılıq | Sahibkarlara vacib xəbərdarlıq Nağdsız ödəniş zamanı “terminalımız işləmir, zəhmət olmasa, ödənişi kartdan-karta göndərin” kimi ifadələrlə çoxları qarşılaşır. Azərbaycan Banklar Assosiasiyası bildirir ki, bunlar nağdsız ödəniş qəbul etmək istəməyən sahibkarların bəhanələridir. Belə ki, bir çox hallarda terminalla ödənişdən yayınmaq üçün qurğu “təyyarə rejimi”nə keçirilir. Qurumdan isə bildirilir ki, POS-terminal avadanlıqları quraşdırılan zaman təlim keçirilir və istifadə qaydalarının əks olunduğu kitabçalar təqdim olunur. Bundan əlavə, müvafiq bank öz terminallarına texniki dəstək üçün qaynar xətt nömrələrini terminalların üzərində əks etdirərək dayanıqsız fəaliyyət üçün imkan yaradır. POS-terminalların istifadəsində maraqlı olan sahibkarlar həmin qaynar xəttə zəng edərək yaranmış texniki çətinliyin operativ aradan qaldırılmasını tələb etməlidir. Amma görünən mənzərə başqadır. Sahibkarlar ödənişi kartdan-karta əldə etməkdə daha çox maraqlıdırlar. Ödənişin kartdan-karta tələb olunması müştərilərə kassa çekinin verilməməsi ilə yanaşı, sahibkarlar üçün də ciddi problem yarada bilər. Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirilib ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur. Bir sözlə, müəyyən olunmuş ticarət və xidmət obyektlərində nağdsız ödənişlər yalnız POS-terminal vasitəsilə həyata keçirilməlidir. Müştəriyə elektron ödəniş etmək imkanını təmin etmək sahibkarın vəzifəsidir. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber / baku.tv / bakutvofficial https://www.baku.tv ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI QAPQARA ➧ • QAPQARA AYDIN TARİX ➧ • AYDIN TARİX ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir? O VAXTLAR ➧ • O VAXTLAR SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD BAKU ANALİTİK ➧ • ANALİTİK BAXIŞ BAKU MED ➧ • BAKU MED RƏSMİLƏR ➧ • RƏSMİLƏR BAKU AKTUAL ➧ • AKTUAL GÜNDƏM RETRO BAKU ➧ • RETRO BAKU ARAŞDIRMA ➧ • ARAŞDIRMA 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİKASI Kartla ödənişdə fırıldaqçılıq | Sahibkarlara vacib xəbərdarlıq 2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #kartlaödəniş #fırıldaqçılıq #xəbərdarlıq #sahibkarlar #posterminal #qəbz #çek #ədv #nağdsızödəniş