У нас вы можете посмотреть бесплатно “Əlilliyi olan şəxslərin sosial adaptasiyası” layihəsi çərçivəsində yekun tədbir keçirilib или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
"Arabaçı Əlillər Şəbəkəsi" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Əlilliyi olan şəxslərin sosial adaptasiyası" adlı layihə çərçivəsində yekun ictimai tədbir baş tutub. Tədbiri giriş sözü ilə "Arabaçı Əlillər Şəbəkəsi" İctimai Birliyinin sədri Ruhin Cəfərov açıq elan edib. O, çıxışında əlilliyi olan şəxslərin cəmiyyətə bərabər şəkildə inteqrasiyasının vacibliyini vurğulayıb və bu layihənin məqsədinin məhz bu prosesi dəstəkləmək olduğunu qeyd edib. Tədbirdə bir sıra tanınmış şəxslər çıxış ediblər. Əlilliyi olan şəxslərin Peşə Əmək Reabilitasiya Mərkəzinin şöbə müdiri Venera Yusubova, "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" İctimai Birliyinin sədri Aynur Məmmədova, sosial iş üzrə mütəxəssis Mədinə Rəhimova, Para-taekvondo üzrə Yay Olimpiyada Oyunları 3-cüsü Sabir Zeynalov, Asan Xidmət mərkəzinin əməkdaşı, fəal gənc Xəyalə Hüseynli əlilliyi olan şəxslər üçün motivasiya məqsədli çıxışlar səsləndirib. Tədbirin sonunda layihədə fəal iştirak edən iştirakçılara və tərəfdaşlara sertifikatlar təqdim olunub, daha sonra iştirakçılar arasında ünsiyyət və fikir mübadiləsi üçün coffee break təşkil edilib.