У нас вы можете посмотреть бесплатно DİM sənəd qəbulu 18 fevral-5 mart 2026 или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
XI sinif şagirdinin (cari ilin məzunu) 9 mart və 15 mart tarixində keçiriləcək “Buraxılış imtahanında” iştirak etmək üçün şagirdin özünün qeydiyyatdan keçməsi tələb olunmur. Məlumatlar şagirdin təhsil aldığı müvafiq məktəb rəhbərliyi tərəfindən “Şagird-məzun” dövlət elektron informasiya sisteminə daxil olunur. Şagirdlər imtahana bir neçə gün qalmış (ən azı 5-7 gün) dim.gov.az saytından buraxılış vərəqəsini çap etməli və elan olunan vaxtda imtahanda iştirak etməlidirlər. Buraxılış vərəqəsi məktəb tərəfindən də çap olunub şagirdə təqdim oluna bilər və ya şagird özü də çap edə bilər. Bəs XI sinif şagirdi universitet və kollecə qəbul olmaq üçün nə etməlidir? ✅ Ali təhsil müəssisələrinə (universitet) qəbul imtahanlarında (I,II,III və IV ixtisas qrupu üzrə hazırlaşanlar) iştirak edərək “universitetə” qəbul olmaq istəyənlər ✅ V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə (universitet) qəbul olmaq istəyənlər (Məsələn “İdman Akademiyası”) ✅ Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kollec) qəbul olmaq istəyənləri (məsələn tibb kollecində oxumaq istəyənlər) ✅ Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kollec) qəbul olmaq istəyənlər. Yuxarıda qeyd olunan kateqoriyaya aid şəxslər (11-ci sinif şagirdləri və əvvəlki illərin məzunları) 18 fevral-5 mart 2026-cı il tarixində dim.gov.az saytında şəxsi kabinet yaradaraq (şəxsi kabineti olmayanlar yaradır,əvvəlki dövrlərdə kabineti olan “köhnə şəxsi kabinetdən” istifadə edir) dim.gov.az saytında yaradılmış xüsusi başlıqda yerləşdirilmiş linkə daxil olaraq (link: https://eservices.dim.gov.az/erizebak...) “Abituriyentin elektron ərizəsini” online şəkildə müvafiq xanaları seçməklə (Universitet və ya kollec) doldurur və təsdiq etməklə qeydiyyatdan keçməlidir. Xüsusi qeyd: Şəxsi kabineti əvvəlcədən də yaratmaq olar,18 fevral-5 mart tarixi ərzində də,bunun heç bir fərqi yoxdur! Ətraflı: https://t.me/vusetezizov/19750 Şəxsi kabinet yaratmaq üçün təlimat videosu: • DİM Şəxsi kabinet necə yaratmaq olar? 2026... Hər birinizə uğurlar arzu edirəm!