У нас вы можете посмотреть бесплатно TSH yüksəkdirsə, müalicə necə avam etməlir? Dr.Sadiq Bəbirov или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Endokrin Mərkəz Ünvan: Bakı, Azərbaycan, Həsənoğlu küç., 4A Tel: (012) 514 45 01; (012) 514 45 02 Mobil: (050) 210 23 44 Facebook: Endokrin Merkez İnstaqram: endokrin.merkez TSH -Tiroid stimulladırıcı hormon, beyinin aşağısında, sinus ciblərinin arxasında yerləşən, hipofiz adlanan kiçik bir orqan tərəfindən ifraz olunur. TSH qalxanabənzər vəzdə yerləşən reseptorlarla birləşərək onu stimullaşdırır, tiroksin (T4) və triyodtironin (T3) hormonlarının qana ifrazını təmin edir. Qalxanabənzər vəzi, kiçik kəpənək formalı vəzi olub boğazda, nəfəs borusunun önündə yerləşir. T4 və T3 orqanizmimizin maddələr mübadiləsinin sürətini kontrol edir. Qalxanabənzər vəzidə T4 hormonu daha çox ifraz olunmasına baxmayaraq nisbətən inaktiv vəziyyətdədir, lakin qaraciyər və digər toxumalarda daha aktiv forma olan T3 ə çevrilir. TSH, hipotalamusdan gələn tireotrop relizinq hormon(TRH) ilə requlyasiya olunaraq qalxanabənzər vəzi hormonlarının stabil şəkildə qana ifraz olunmasını təmin edir. Qanda qalxanabənzər vəzi hormonlarının miqdarı azaldıqda, xəbərdaredici hormon olan TRH-a əsaslanaraq hipofiz daha çox TSH ifraz edir. TSH qalxanabənzər vəzi daha çox T3 və T4 istehsal və ifrazı üçün stimullaşdırır. Qalxanabənzər vəzi hormonları qanda yüksəldikdə, hipofiz vəzi daha az TSH ifraz edir və buna bağlı olaraq T3 və T4 ifrazı da azalır. Bu 3 orqan ( hipotalamus, hipofiz və qalxanabənzər vəz) normal işlədikdə tiroid hormonların miqdarı qanda nisbətən stabil olur . TSH səviyyələri gün ərzində müəyyən ritmdə dəyişir. Sağlamlıq problemi olmayan şəxslərdə yuxu vaxtına yaxın yüksəlməyə başlayır və səhər erkən saatlarında maksimum səviyyəsinə çatır. Növbəti saatlarda enməyə başlayan TSH səviyyəsi günorta saatlarında minimum səviyyəyə çatır. Tiroid hormonlarının istehsalı üçün yod lazımdır. Tiroid, bədəndə hormon ifraz edən digər orqanlar və vəzilər arasında hormon sintezi üçün yod lazım olan yeganə vəzidir. Yod qəbulu müxtəlif qidaların və xüsusən xörək duzunun qəbulu nəticəsində baş verir. Gündəlik yod ehtiyacının 10% -i içməli sudan təmin edilir. Tiroid vəzindən ifraz olunan T3 və T4 bədəndəki bir çox metabolik tənzimləmələrdə iştirak edir. Tiroid hormonları körpəlikdə beyinin inkişafı və böyüməsi üçün lazımdır. Yetkin fərdlərdə tiroid hormonu səviyyəsinin aşağı olması nəticəsində maddələr mübadiləsi ləngiyir, çəki artır və insanın qan dövranındakı yağ molekullarında artım olur. Həddindən artıq yuxululuq da bunun üçün tipikdir. Tiroid hormonlarının çatışmazlığı cinsi funksiyaları da mənfi təsir edir və hər iki cins üçün cinsi istəkdə azalmaya səbəb olur. Tiroid hormonlarının çoxluğu uşaqlıqda baş verirsə qısaboyluq yaranır, yetkinlərdə isə sürətli kilo itkisi, istiyə qarşı tolerantlığın azalması, həddindən artıq tərləmə, oksigen ehtiyacının artması, ürək döyüntüsünün sürətlənməsi, həddindən artıq qıcıqlanma və narahatlıq kimi simptomlarla özünü göstərir. TSH yüksəkliyi nə mənaya gəlir? TSH səviyyəsi yüksək ikən qanda tiroid hormonunun az olması, vəzin stimullaşdırılmasına baxmayaraq öz funksiyasını yerinə yetirə bilmədiyini göstərir. Hipotireoz deyilən bu vəziyyət bütün orqanizmə təsir edir və maddələr mübadiləsi yavaşlayır. İlkin mərhələdə heç bir aşkar simptom olmadan irəliləyən xəstəlik zaman keçdikcə piylənmə, oynaq ağrısı, sonsuzluq və ya ürək xəstəliklərinə zəmin yaradır. Depressiya və yaddaş itkisi kimi nevroloji simptomlara, həmçinin saçların zəifləməsinə və qadınlarda aybaşı dövrlərində dəyişikliklərə səbəb ola bilər. Bu müxtəlif səbəblərdən baş verə bilər: Xaşimoto tirioditi Tiroid əməliyyatı Boyuna radioaktiv yod və ya radiasiya müalicəsindən sonra Bəzi hallarda hamiləlikdən sonra görülən postpartum tiroidit Viruslarla əlaqəli xəstəliklər nəticəsində Nadir olsa da, həyati təhlükə yaradan bir vəziyyət olan miksodema, uzun müddət diaqnoz qoyulmayan və müalicə olunmayan hipotireoz xəstələrində ola bilər. Bu vəziyətdə maye toplanması xüsusilə dəri, ürək əzələsi və zolaqlı əzələlərdə özünü göstərir. TSH azlığı nə deməkdir? Hipofizdən ifraz olunan az miqdarda TSH tiroid vəzinin həddindən artıq işləməsi ilə əlaqədar olaraq TSH istehsalının azalması zamanı baş verə bilər. Hipertiroidizm deyilən bu vəziyyətdə, azalmış TSH-a əlavə olaraq yüksək T4 və T3 səviyyələri aşkar olunur . Həddindən artıq tiroid hormonu istehsal etdiyi üçün maddələr mübadiləsi sürətlənir. İştahanın artması, ürək döyüntülərinin artması və əsəbilik kimi simptomlar meydana gəlir. Əllərdə və barmaqlarda titrəmə, tərləmənin, bağırsaq hərəkətlərinin artması və əzələ zəifliyi müşayiət edə biləcək digər simptomlardır. Eyni zamanda, həddindən artıq işləyən tiroid vəzinin böyüməsi ilə boğazda şişlik meydana gələ bilər. Həddindən artıq tiroid hormonu sintezi nəticəsində aşağı TSH-yə səbəb olan vəziyətlər: