У нас вы можете посмотреть бесплатно Hərbi kolleclərə qəbul başlayır - TARİX AÇIQLANDI или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#xəbərvar #xəbərkanalı #hərbikollec #qəbul #imtahan #millimüdafiəuniversiteti #dövlətimtahanmərkəzi Milli Müdafiə Universitetinin hərbi kolleclərində orta ixtisas təhsili pilləsinə 2024/2025-ci tədris ili üçün qəbul elan olunub. Kolleclərə cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycannın kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək olan kişi cinsli hərbi qulluqçular (zabit və gizir (miçman) hərbi rütbəsi olanlar istisna olmaqla) və hərbi vəzifəlilər qəbul ediləcəklər. Hərbi kolleclərə orta ixtisas təhsili pilləsinə qəbul olan şəxslər təhsil müddətində bütün təminat növləri ilə təmin olunurlar. Hərbi kolleclərin məzunlarına hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə subbakalavr peşə-ixtisas dərəcəsi də verilir. Tədris Azərbaycan dilində aparılır. Təhsil forması əyanidir və 2 illikdir. Hərbi kolleclərə qəbul olmaq istəyən namizədlər 1 aprel 2024-cü il tarixindən 30 aprel 2024-cü il tarixinədək ərizə ilə müraciət etməlidirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır: abituriyentin təsdiq olunmuş elektron ərizəsindən çıxarış; anket forması (yerində doldurulur); tam orta təhsil haqqında sənədin surəti (cari ilin məzunları üçün arayış); doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surəti; yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış; nikah haqqında şəhadətnamənin surəti (evlidirsə); uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq varsa); ailə tərkibi və yaşayış yeri haqqında arayış; rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3x4 sm və 2 ədəd 4.5x6 sm ölçüdə); 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının razılıq ərizələri; elektrokardioqramma; qanın ümumi analizi, qan qrupu və rezus-faktor; qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri; qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri; sidiyin ümumi analizi; psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar. Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilməlidir. Namizədlər hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmək üçün tarix və ünvan namizədlərə əlavə olaraq bildiriləcək. Götürülməmiş intizam cəzası olan (yalnız hərbi qulluqçular), məhkumluğu ödənilməmiş və ya üzərindən götürülməmiş, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş, hərbi təhsil müəssisələrindən xaric edilən, hərbi həkim komissiyası tərəfindən hərbi kollecdə təhsil almağa yararsız hesab olunan və öyrənilmə tədbirləri keçirilən zaman hərbi kolleclərə qəbula mane olan digər hallar müəyyən edilən şəxslər hərbi kolleclərdə təhsil almaq üçün namizədlər siyahısına daxil edilməyəcəklər. Müvafiq yoxlamalardan uğurla keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndəriləcək. Namizədlərin hərbi kolleclərə qəbulu müvafiq tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin buraxılış imtahanında, digər abituriyentlərin isə müvafiq tədris ilində keçirilən qəbul imtahanında əldə etdikləri nəticələrə əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək. Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq. Sənəd qəbulu üzrə regional məntəqələrin siyahısı və ünvanları barədə məlumat 30 mart tarixinədək Milli Müdafiə Universitetinin internet saytında dərc olunacaq. Ətraflı məlumat almaq üçün həftənin iş günləri saat 9-dan 18-dək *0811 nömrəsi ilə əlaqə saxlamaq olar.