У нас вы можете посмотреть бесплатно Xörək Duzu MÖCÜZƏ İMİŞ - Dərmana Ehtiyac Yoxdur! или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#BirBax #xalqtəbabəti #duz Videoların davamı üçün kanalımıza abunə olun. Digər sosial şəbəkə hesablarımız: Facebook: / birbax1 Tik-Tok: / xeyalenin_saati İnstagram: / xeyaleninsaati 00:58 - Duz çatışmazlığının səbəbi 03:03 - Duz orqanizmdə nə işə yarayır? 03:59 - Duz çatışmazlığının əlamətləri 05:37 - Duzun faydaları Duz çatışmazlığının ən əsas səbəbi duz yeməməkdir. Duza qarşı həssas olan və ya yüksək təzyiqdən əziyyət çəkən insanların əksəriyyəti duz yeməkdən çəkinir. Duz çatışmazlığı insanların stressə məruz qalmalarından da yarana bilər. Bəli, insan nə qədər çox stress yaşayırsa, orqanizm o qədər duza ehtiyac duyur. İsti havada tərləyərkən bədən duz itirir. Yay aylarında daimi gərgin məşqlərdə olan idmançılar 1 saat ərzində, təxminən, 6 qram natrium itirə bilirlər. Bəli, tər ilə birgə təkcə xloridlər deyil, duz da orqanizmdən xaric olur. Orqanizmdə natirum maddəsinin lazımi qədər olması üçün bir üsul var: duz yemək. Lakin qədərində. Duz çatışmazlığının bir səbəbi də yüksək miqdarda kalium qəbul etməkdir. Tutaq ki, qida əlavəsi kimi kalium qəbul edirsiniz, paralelində duz qəbul etməyi unudursunuz. Nəticədə, orqanizmdə natrium-kalium balansı pozulacaq. Duza qarşı həssaslıq orqanizmdəki kalium çatışmazlığından yaranır. Kalium qəbul edərkən paralelində duz yeməmək vəziyyəti daha da pisləşdirir. Hər iki mineral orqanizmdə lazımi səviyyədə olmalıdır. Fasiləli oruc tətbiq edirsinizsə, yəni günün müəyyən bir hissəsini ac keçirirsizsə, bu zaman ərzində dəniz duzu qəbul etsəniz, daha yaxşı olar. Çünki xloridlər və natrium orqanizmin təməl ehtiyaclarıdır. Gün ərzində 4 fincan kofe içirsinizsə, yarım çay qaşığı duz qəbulu mütləqdir. Kofeinin natriuma ehtiyacı olduğu maraqlıdır, amma reallıqdır. Duz çatışmazlığının yaranmasına mane olmağın başqa bir yolu da bol-bol su içməkdir. Amma burada izah olunmalı bir məqam vardır. Həddən artıq su içəndə natrium xloridlər orqanizmdən xaric edilir. Qəribə səslənsə də, çox su içməkdən ölənlər var. Tibbi termin hiponatremiyadır. Hiponatremiya ilə üzləşməmək üçün suyu yalnız susadığınızda için. Gedib-gəlib su içmək vərdişiniz varsa, suya azacıq dəniz duzu əlavə edin. Duz çatışmazlığının həlli duzu azaltmaq və ya artırmaq deyil, duzu balanslı şəkildə qəbul etməkdir. Bəs duz orqanizmdə nə işə yarayır? Maye balansını qoruyur, hidroxlorid turşusu istehsalına kömək edir. Hidroxlorid turşusunun xammalı natrium xloriddir. Mədədə turşuluq, həzm narahatlıqları qəfildən peyda olubsa, hidroxlorid turşusu çatışmazlığından şübhələnməyə dəyər. Duz qəbulunu nizamlayın, orqanizmin pH səviyyəsi özü balanslaşacaq. Natrium hüceyrələrin kaliumla münasibətinə təsir edir, üstəlik, əzələlərdə güc istehsalına da stimul verir. Qlükozanın orqanizm tərəfindən mənimsənilməsində natrium əvəzsiz köməkçidir. Nəhayət, duz orqanizmin nəmlənməsinə yardım edir. 1 insanın gün ərzində, təxminən, 1-2 çay qaşığı dəniz duzuna ehtiyacı var. Lakin bu ölçü mütləq deyil. Çünki nə qədər yatmağınız, tərləməyiniz, duz və su qəbul etməyiniz bu ölçülərdə nəzərə alınmır. Başqa sözlə, duz qəbulu vərdişi individualdır. İndi isə keçək duz çatışmazlığının əlamətlərinə: Əzələlərdəki gücsüzlük. İnsan özünü o qədər halsız hiss edir ki, oturduğu yerdən qalxmaq istəmir. Baş gicəllənməsi. Qəfil ayağa duranda, qəfil hərəkət edəndə başınız gicəllənirsə, duz çatışmazlığından şübhələnməkdə haqlısınız. Aşağı təzyiq. Bəli, aşağı təzyiq o deməkdir ki, orqanizmin duza ehtiyacı var. Yuxusuzluq. Orqanizmdə duz çatışmayanda normal yuxu rejimi pozulur. Əgər ard-arda 1 həftə yuxusuzluqdan əziyyət çəkdinizsə, gecikmədən yarım stəkan su götürün. Suya 1 çimdik duz əlavə edin. Qarışdırın, yatmazdan 1,5 saat öncə asta-asta için. Gecə necə yatdığınıza dair ertəsi sabah düşünün. Əgər rahat yatmısınızsa, demək, duz çatışmazlığının önünə keçməyə başladınız. Baş ağrıları. Orqanizmin duz ehtiyacını anlatmaq üçün xəbərdarlığıdır. Əzələ spazmları. Hüceyrələrdə kalium-natrium balansı pozulmuşsa, bu cür spazmlar meydana gəlir. Bədən temperaturunun aşağı düşməsi. Hətta temperatur o qədər aşağı düşür ki, günəş istiliyi insana qorxu verir. Tez içəri qaçmaq, bu təbii istilikdən yaxa qurtarmaq istəyir. Dəniz duzunun adi xörək duzundan daha effektiv olduğunu bilirsiniz, yəqin ki. Dəniz duzu konsentrasiyalı dəniz suyudur. Tərkibi 98-99,8% natrium xloriddən ibarətdir. Yeməklərə qatmaq üçün satılan dəniz duzu dənizin kənarındakı dəniz duzundan tərkibcə fərqlənir. Məhsulu satış nöqtələrindən, onlayn satış platformalarından da tapa bilərsiniz. Dr. Bergin məsləhət gördüyü marka budur: “Baja qızıl dəniz duzu”. Lazımi tərkibə malik dəniz duzu deltalardan əldə edilir. Dağlardakı əvəzolunmaz minerallar çay vasitəsilə dənizə tökülür.