У нас вы можете посмотреть бесплатно Inşaat Dünyası 26-cı veriliş ("İzoSem" SUKEÇİRMƏZLİYİ TƏMİN EDƏN QATQI) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Məhsul haqqında İzoSem sement əsaslı suvaq, şap və beton işlərində istifadə olunan, yüksək keyfiyyətli, sukeçirməz səth yaradan, ağ rəngli toz şəkilli qatqı məhsuludur. İstifadə sahələri Bu məhsuldan: suya və rütubətə məruz qalan inşaat sektorunun müxtəlif sahələrində suvaq və şap işlərində; hamam, mətbəx və balkon kimi daima su ilə təmasda olan səthlərdəki keramikaların altındakı suvaq və şap işlərində; yağış və çirkab sularla təmasda olan fasad suvaqlarında; içməli su anbarlarında; üzmə hovuzlarında; zirzəmi, tunel, bünövrə və digər yerlərdə istifadə olunan betonlarda sukeçirməzliyi təmin edən qatqı kimi istifadə olunur. Üstünlükləri İzoSem məhluldakı sementlə reaksiyaya girərək tərkibindəki hidrofob xarakterli kimyəvi maddələr sayəsində suvaq, şap və betonun tərkibində görünməyən çat və boşluqların əmələ gəlməsinin qarşısını alaraq sukeçirməyən səth yaradır; İzoSem yeni tökülmüş beton və suvaq məhlulunda hava qabarcıqlarını azaldaraq keyfiyyəti və müqaviməti artırır; İzoSem portlandsementin donma müddətlərinə heç bir təsir göstərmir.