У нас вы можете посмотреть бесплатно Şəhid Camal İsmayılovun anadan olmasının 38-ci ildönümünə həsr olunmuş tədbir или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
7 iyul 2022-ci il tarixdə Neftçala rayon İcra Hakimiyyətinin dəstəyi, Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsi zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən baş gizir İsmayılov Camal Vidadi oğlunun anadan olmasının 38-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Camal İsmayılovun ailə üzvləri və döyüş yoldaşları, şəhid valideynləri və müharibə iştirakçıları, o cümlədən, tədbirə qonaq gəlmiş Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul şəxsləri ilk öncə Neftçala rayon Şəhidlər Xiyabanını ziyarət edib, xiyabanda dəfn olunan şəhidlərimizin o cümlədən Camal İsmayılovun məzarı üzərinə gül dəstələri düzüblər. Şəhidlər Xiyabanı ziyarət edildikdən sonra tədbir iştirakçıları və rayonumuzun qonaqları Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinə gələrək Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun yenicə hazırlanmış büstünün açılışında iştirak ediblər. Büstün açılışından sonra tədbir, Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət Məktəbinin konsert zalında Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kolleci ilə, Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət Məktəbinin birgə hazırladıqları konsert proqramı ilə davam etdirilmişdir.