У нас вы можете посмотреть бесплатно Göz yaşları saxlaya bilmir....Surah Al-Qiyamah. Ahmed Al-Ajmi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Surah Al-Qiyamah. Ahmed Al-Ajmi Qiyamet suresi .Ahmed Al-Ajmi 75. əl-Qiyəmə surəsi Ahmed Al-Ajmi "Qiyamət surəsi, 40 ayə,Ahmed Al-Ajmi Məkkədə nazil olub. Mərhəmətli və Rəhmli Allahın adı ilə! 1. And içirəm Qiyamət gününə! 2. And içirəm peşmançılıq çəkən nəfsə! 3. İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik. 4. Mütləq yığacağıq! Biz onun barmaq uclarını bərpa etməyə qadirik. 5. Lakin insan bundan sonra da günah etmək fikrindədir. 6. O: "Qiyamət günü nə vaxt olacaq!"– deyə rişxəndlə soruşur. 7. Gözlər bərələ qalacağı, 8. ay tutulacağı 9. və günəşlə ayın qovuşacağı zaman – 10. o gün insan deyəcəkdir: "Hara qaçaq?" 11. Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq. 12. O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır. 13. O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir. 14. Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir; 15. üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da. 16. Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə! 17. Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir. 18. Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə. 19. Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir. 20. Xeyr! Əksinə, siz tez ötüb keçən fani dünyanı sevir, 21. Axirətdən isə uzaqlaşırsınız. 22. O gün neçə-neçə üzlər nurlanacaq 23. və öz Rəbbinə baxacaqdır. 24. O gün neçə-neçə üzlər də tutulub qaralacaq, 25. və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir. 26. Xeyr, o ruh körpücük sümüklərinə yetişəcəyi zaman; 27. "Ovsunu kim oxuyacaq?"– deyiləcəkdir. 28. Can verən adam dünya həyatından ayrıldığını yəqin edəcəyi, 29. və baldır baldıra dolaşacağı zaman – 30. o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcəkdir. 31. O kafir nə Quranı təsdiq etdi, nə də namaz qıldı. 32. Haqqı da yalan saydı və üz döndərdi. 33. Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi. 34. Vay sənin halına, vay! 35. Yenə də vay sənin halına, vay! 36. Bəlkə insan özbaşına qoyulacağını güman edir? 37. Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi? 38. Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı. 39. Ondan da bir cüt kişi və qadın yaratdı. 40. Məgər O, ölüləri diriltməyə qadir deyil? Assalamu aleykum əziz müsəlmanlar.Məqsədimiz doğma dilimizdə Quranı daha yaxşı anlamaq üçün çalışmaqdır əlimizdən gəldiyi qədər həmdə məqsədimiz Allahın kitabının daha çox insana çatması üçündür.Əməllər niyyətlərə görədir.Bu işdə daha çox xeyir qazanmaq üçün birgə çalışaq. Bəyənərək, kanala abunə olaraq, paylaşaraq daha çox insanın izləməsinə səbəb olaq.Allah sizdən razı olsun. Ən gözəl quran qiraətləri: • Ən gözəl Quran qiraətləri İdris Abkar: • İdris Abkar Saad Al Ghamdi: • Saad Al Ghamdi Mişari ar-Raşid: • Mishary Rashid al Afasy Muhammad Al Kurdi: • Raad Mohammad al Kurdi Maher al Muaiqly: • Maher al Muaiqly Feysal ar-Ruşud: https://www.youtube.com/playlist?list... Muhammad Al-Luhaidan: • Muhammad Al-Luhaidan Abdul Həlim: • Abdul Həlim İslam Subhi: • İslam Subhi. İslam Sobhi Qurani Kərimin Azərbaycan dilinə mənaca tərcüməsi • Плейлист