У нас вы можете посмотреть бесплатно Kolit. BBV 36 или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Kolit yoğun bağırsaqda iltihabi-distrofik dəyişikliklərlə xarakterizə olunan mədə-bağırsaq sisteminin xəstəliyidir. Kolitin əmələ gəlməsinin əsasında infeksiya, allergiya, şüa terapiyası, bəzi antibiotiklərin qəbulu, yerli qan dövranının pozğunluqları durur. Əlahiddə qrupa qeyri-spesifik xoralı kolitlər daxildir ki, onların əmələ gəlmə mexanizmi hələ axıra qədər tədqiq olunmayıb. Kolit həzm orqanlarının xroniki iltihabi xəstəlikləri, məsələn, qastrit, xolesistit, xolangit, pankreatit, və yaxud orqanizmdəki xroniki infeksiya ocaqları (tonzillit, adneksit, prostatit və s.) fonunda da inkişaf edə bilər. Belə kolitlər ikincili kolitlər adlarnır. Yoğun bağırsaqda iltihabi proses həm bütövlükdə bağırsağı, həm də onun ayrı-ayrı seqmentlərini, əsasən, distal (sonuncu) seqmentləri əhatə edə bilər. Bu zaman prosesə düz bağırsaq (proktit) və ya düz bağırsaqla siqmavari bağırsaq (proktosiqmoidit) qatıla bilər. Xəstəlik gedişinə görə kəskin və xroniki ola bilər. Kəskin kolit, çox vaxt, patogen mikroorqanizmlərin (dizenteriya bakteriyaları, salmonellalar, amöblər və s.) və ya allergik, toksik və digər faktorların təsiri nəticəsində əmələ gəlir. Kəskin kolitin əsas təzahürləri - qarında tutmavari ağrılar, əziyyətli tenezmlər (böyük bayıra «çağırışlar»), selikli və qanlı ishaldır. Qusma və qızdırma da ola bilər. Xroniki kolit həm kəskin kolitin nəticəsi kimi, həm də bilavasitə xroniki gedişli (alimentar, ikincili kolit) ola bilər. Xroniki kolitə kəskinləşmə və remissiyalı (simptomların sönməsi periodu) gediş xarakterdir. Əsas simptomlar - qarın nahiyəsində ağrılar və bağırsağın funksiyasının pozulmasıdır. Ağrılar, əsasən, sızıltı xarakterli, intensivliyinə və yayılmasına görə müxtəlif olur. Ağrıların əmələ gəlməsi və artması yeməkdən sonra, bayıra getməzdən qabaq, fiziki və əsəb gərginliyi zamanı müşahidə olunur. Bağırsağın funksiyasının pozulması müxtəlif formada təzahür edə bilər və xəstəliyin stadiyasından asılıdır. Remissiya dövründə bağırsağın işləməsi normallaşır, kəskinləşmə zamanı həm ishal, həm də qəbizlik müşahidə oluna bilər. Çox vaxt qəbizliklə ishalın növbələşməsi qeyd olunur. Meteorizm (köp) və qazların çıxması xarakterik əlamətlərdir. Bəzi xəstələrdə sinir sisteminin qeyri sabitliyi müşahidə olunur. Onlarda artmış qıcıqlanma, əsəbilik, «xəstəliyinə qapanma», depressiyaya meyillik qeyd olunur. https://dr-efendiyev.blogspot.com/p/k... Çalışın sağlam qalın! Unutmayın ki, sağlamlığınız öz əlinizdədir! Videoları daha çox adamın izləməsi üçün kanala abunə olun, bəyənin, rəyinizi yazın. Videoların hazırlanması çox zaman və zəhmət tələb edir. Müəllifə İanə etməklə misilsiz dəstək vermiş olarsınız. İanə üçün bu linkə daxil olun: https://www.paypal.com/donate/?hosted... Kanala dəstək: https://www.donationalerts.com/r/dr_e... Dəstəyinizə görə Sizə təşəkkür edirəm.