У нас вы можете посмотреть бесплатно Ali dərəcəli cərrah Eldar Bayramov - Kəskin appendisit или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Kəskin appendisit Buta klinikasının həkimi, Ali dərəcəli cərrah Eldar Bayramov: Kəskin appendisit qarın boşluğunda yoğun bağırsaq üzərində yerləşən soxulcanabənzər çıxıntının iltihabı xəstəliyidir. Bu çıxıntının adı appendiks adlanır. Ona görə də xəstəliyin adı “appendisit” adlanır. Kəskin appendisit insanların tez-tez rast gəldiyi bir xəstəlikdir. Bu zaman qarın boşluğunda güclü ağrılar, ümumi halsızlıq, temperaturun yüksəlməsi, ürəkbulanma, qusma müşahidə olunur. Belə xəstələr birdən-birə göbək, mədə nahiyəsində kəskin ağrılar hiss edirlər. Ağrı getdikcə daha da şiddətlənir. Bu xəstəliyi əsasən cərrah müayinə edir. Müayinə zamanı qanın ümumi, biokimyəvi analizi aparılmalı, ultrasəs müayinəsindən keçirilməli, bəzən də cərrahi müalicənin zəruri olub-olmadığını dəqiqləşdirmək üçün Kompüter Tomoqrafiyadan istifadə olunur. Bütün analizlər dəqiqləşdirildikdən sonra cərrahiyyə əməliyyatı ilə problem aradan qaldırılır. Bu əməliyyatların iki növü var: laporoskopik yolla, yəni qarın boşluğunda kiçik dəlik açmaqla, digər üsul isə klassik, açıq opendektomiyadır. Hər iki üsulda çıxıntı xaric olunur, bağırsaq üzərinə tikişlər qoyulur. Xəstə əməliyyatın ertəsi günü qidalanmağa, gəzməyə və tədricən normal həyatına dönməyə başlayır.