У нас вы можете посмотреть бесплатно Nərimanov Şaumyana niyə əsəbləşdi? 1918-ci il 31 mart soyqırımının gizlinləri... или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Nərimanov Şaumyana niyə yalvarırdı? 31 mart soyqırımının gizlinləri 1918-ci ilin martın əvvəllərindən başlayaraq ermənilərin, "Daşnaksütyun" Partiyasının Bakıda planlaşdırdığı faciə hər gün yaxınlaşırdı. Azərbaycan ziyalıları bunu görür, həyəcan təbili çalırdılar. Müsəlman-türk əhalini ayıq olmağa səsləyən ziyalılar qəzetlərdə yazırdılar: "Birləşmək zamanıdır, birləşin!". "Hümmət" Partiyasının sədri doktor Nəriman Nərimanov öz evində gözlənilən qətliamın, soyqırımın qarşısını almaq üçün özünü Bakı Komissarları Sovetinin sədri elan edən Stepan Şaumyanla Bakı ağsaqqalarının , Milli Şura üzvlərinin və Müsavatçılarla görüşünü təşkil etdi. Köhnə təqvimlə martın 18-də , indiki zamanla martın 31 - də saat 12-də ev şəraitində keçirilən görüşdə N.Nərimanov üzünü S.Şaumnaya tutub söylədi: "Yoldaş! Siz də, mən də müsəlmanların halını bilirik. Hərgah bir iğtişaş başlasa, ayaq altında qalan fəqir-füqəra olacaqdır. Ona görə Sizdən təvəqqe edirəm, Sizə yalvarıram, bu işi sülh yolu ilə qutarınız". Soyqırımın başlanmasına səbəb "Yevelena" gəmisində öz əsgər yoldaşları Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin dəfnindən Lənkərana geri dönən 48 nəfər əsgərin silahlarının zəbti idi. Şaumuyanla görüşdə silahlarının təhvil veriləcəyi razılaşdırılsa da, buna əməl olunmadı. "Daşnaksütyun"lar silahı geri almağa gələn azərbaycanlıları güllələrl qarşıladılar.Sanki odun üstünə neft töküldü. Şəhərdə müsəlman-türklərin yaşadığı məhəllələrdə, evlərdə martın 31 - dən aprelin 2 - dək qırğın törədildi. İnsanlar gülləbaran edildi, hamilə qadınların qarınları xəncərləndi, körpə uşaqlar qılınca keçirildi, ahıllar, kimsəsizlər məscidlərə doldurularaq yandırıldı. 3 gün ərzində yalnız Bakıda 18 min insan qətlə yetirildi, evlər , məscidlır , qəzet redaksiyaları dağıdıldı , insanlara milyonlarla rubl ziyan dəydi. Azərbaycan tarixinin qanlı səhifəsi - 1918-ci ilin 31 mart soyqırımı heç vaxt unudulmamalı , yaddaşlara yazılmalıdır.