У нас вы можете посмотреть бесплатно 1988-ci ildə Azərbaycan xalqı nə istəyirdi? или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
BİLİRSİNİZMİ 1988-Cİ İL NÜMAYİŞÇİLƏRİN ƏSAS TƏLƏBLƏRİ NƏLƏR İDİ? 16 MAY 1988-ci il Bakıda baş verən nümayişdə paylanılan vərəqələrdə hansı tələblər irəli sürülmüşdü? NÜMAYİŞÇİLƏRİN TƏLƏBLƏRİNDƏN SEÇMƏLƏR 1. Azərbaycan dili sözdə yox, işdə dövlət dili səviyəsinə qaldırılsın. 2. Azərbaycan türkcəsini bilməyənlərin mühüm vəzifələrdə qalması qeyri- qanuni sayılsın. 3. Gədəbəy, Tovuz, Qazax, Laçın, Ordubad, Naxçıvan və digər rayonlardan qoparılan torpaqlar..., xəlvəti satılmış ərazilər geri qaytarılsın. 4. Ermənistanda yaşayan Azərbaycan türklərinə işgəncə verilməsinə, sıxışdırılmasına, təhqir olunmasına son qoyulsun! 5. Zəngəzurda, Göyçə mahalında, Masis oymağında, Ararat vadilərində və Ermənistanın digər rayonlarında yaşayan Azərbaycan türklərinə muxtariyyət verilsin. 6. Sumqayıt hadisələrində cinayətin ilk təkançıları - Zori Balayanlar, Aqabekyanlar, Muradyanlar, Poqosyanlar məhkəməyə gətirilənədək Sumqayıt gənclərinin mühakiməsi dayandırılsın... 9. Dərbənddə yaşayan Azərbaycan Türklərinə milli muxtariyyət verilsin. İlk tədbir kimi məktəbləri və mətbuatları bərpa olunsun... 12. Azərbaycan dərgisinin əvvəlki həcmi bərpa olunsun. 13. ...Velikorus şovinizminə son qoyulsun. Erməni və rus mətbuatında... anti Azərbaycan kompaniyasına son verilsin. 14. Araz çayının hər iki sahilini birləşdirən vahid Azərbaycan yaradılması mümkünlüyü irəli sürülsün... bəşəriyyətin vicdanı dilə gəlsin. 15. Vahid Azərbaycan bərpa edilincəyədək Güney Azərbaycan ilə milli, mədəni əlaqələrimiz yaradılsın. 16... Xudafərin körpüsünün dağıdılmasına yol verilməsin. 17. Azərbaycana xəyanət etdikləri üçün S.Şaumyan və A.Mikoyanın adına rayon, küçə, müəssisə adları dəyişdirilsin, heykəlləri aradan götürülsün! 19. Rədd olsun ölgün mətbuat! Radionun, telegüzgünün, mətbuatın yuxarıdan iflic edilməsinə son qoyulsun. 20.... Ruslaşdırma kursuna son qoyulsun! Bu kursa təslim olanlar... rüsvay edilsin! 21. Xoşbəxt qulların, milli simasını itirmişlərin, manqurdların mühüm iş, vəzifə tutmasına dözməməli! 23.... Xankəndində əzəmətli mətbəə və nəşriyyat yaradılması və bu nəşriyyatın yalnız ermənicə ədəbiyyat yayması... nə dərəcədə doğrudur? 24. Azərbaycan Türklərinin öz ölkəsində sərbəst gediş-gəlişinə mane olan bütün əngəllər... ləğv edilsin! 26. Ermənistandan didərgin salınan Azərbaycan Türkləri... Dağlıq Qarabağda yerləşdirilsin. 27. RSFSR ləğv edilsin, Rusiya ilə dövlət sərhəddi müəyyənləşdirilsin. 29. Azərbaycanda, xüsusilə Abşeronda gəncliyə torpaq verilməməsi yasaqları aradan qaldırılsın. 30. Azərbaycan Türklərinin Bakıda pasport qeydiyyatına alınmaması yasaqlarına son qoyulsun. 32. Böyük Ermənistan yaratmaq xülyası ifşa və rədd edilsin. 33. Əzəldən Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağa və ümumən Qarabağa dair verilən qərarlar Respublika və Moskva telegüzgüsündə səsləndirilsin. 34. Ermənistandakı Azərbaycan rayonlarının və Azərbaycan Türklərinin taleyi ilə məşğul olmaq üçün ayrıca komissiya yaradılsın. 35. Xalqı qurbanlıq qoyun kimi qəssabxanaya aparan satqın və yarım satqın ziyalılar, ziyasızlar ifşa və rüsvay edilsin! 39. Respublikamızı vaxtaşırı qarət və yağma edən, soyub talayan Moskva komissiyaları ləğv edilsin. 43. Ermənistanda on min illik Azərbaycan toponimlərini ləğv edib erməniləşdirənlərin hərəkəti vandalizm sayılsın. 44. Gəncə və Beyləqan şəhərlərinə verilən yeni adlar ləğv edilsin. 45. Azərbaycanda fəhlə və qulluqçuların, müəllimlərin, ziyalıların əmək haqqı ən azı ikiqat artırılsın, iqtisadi blokada ləğv edilsin. 52. Xankəndindəki KRUNK təşkilatı ifşa edilsin. 53. I Pyotrun "parçala və hökmranlıq et!" siyasətini davam etdirənlər, 1905, 1915, 1918, 1920 və 1988-ci illərdə erməni millətçilərini Azərbaycan xalqının üstünə qışqırtmış təhrikçilər ifşa edilsin. 54. Kəlbəcər qızıl mədənləri geri qaytarılsın. 55. Azərbaycan tarixi abidələrinin bərpasında ermənilərin işləməsinə yol verilməsin! 56. 1937-ci ildə... Türk anlayışı da millətimizin adı kimi güllələnmişdir. Biz Azərbaycan türkləriyik. Millətimizin adı ört-basdır edilməsin. 60. DQMV ləğv edilsin. Ermənistandan didərgin salınan Azərbaycan Türkləri Xankəndində və Dağlıq Qarabağın digər oymaqlarında yerləşdirilsin. 61. Azərbaycan Dövlət Universitetinin adından Kirovun adı götürülsün. 70. Azərbaycan SSR Elmlər Akademiyası... Azərbaycan xalqı qarşısında milli vəzifələri yerinə yetirməyə qadir elm ocağına çevrilsin. 71. Rayon, qəsəbə və kənd yerlərində yolsuzluq, yol bərbadlığı aradan qaldırılsın. 72. Təhsil və tərbiyə sahəsindəki eybəcərliklər, rüşvətxor müəllimlərin bolluğu, tədrisdəki keyfiyyətsizlik, dərsliklərin yarıtmaz nəşrinin aradan qaldırılması üçün təcili tədbir görülsün... 73. Milli sərvətlər üzərində Azərbaycan Türklərinin hökmranlığı təmin edilsin. Təbii sərvətlərin hərc-mərc talanı dayadırılsın. Karabağ dosyası. Ankara, 1991, s. 101-110