У нас вы можете посмотреть бесплатно Çatlamış divarlar, soyuq sinif otaqları... - UCAR MƏKTƏBİNDƏN REPORTAJ или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Çatlamış divarlar, addım başı çuxurlarla dolu döşəmə, hər dəqiqə uçub tökülməsi gözlənilən fasad... İlk baxışdan xarabalığı xatırladan bu bina Ucar rayonundakı Əziz Əliyev adına Qazyan kənd 2 nömrəli orta məktəbindir. APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon mərkəzindən 5-6 kilometr məsafədə yerləşən və 1958-ci ildə istifadəyə verilən orta məktəb 2003-cü ildə təmir olunsa da, hazırda tamamilə yararsız haldadır. Günün yarısını məktəbdə keçirən şagirdlər soyuq sinif otaqlarında çöl geyimi ilə oturur, döşəmədəki çuxurlara əşyalarının düşməməsi üçün ehtiyat edirlər: Şüşələrimiz qırıqdır, qapılarımız bağlanmır, sinif soyuq olur. Peçlərimiz tüstüləyir, tüstüdə boğuluruq. Yerlər deşikdir, əşyalarımız itir, tapa bilmirik. Bizim məktəbimiz həqiqətən də pis vəziyyətdədir. Biz çətin vəziyyətdə oxuyuruq. Peçlər qurulsa da, soyuq olur. Biz içəridə paltolarla otururuq. Şüşələrimiz, qapılarımız sınıqdır. Uşaqların da davamiyyətsizliyi elə bu şəraitə görədir. Virusun tüğyan etdiyi bu dövrdə uşaqlarını soyuq, şəraitsiz məktəbə göndərməyə məcbur qalan valideynlər də yeni məktəb binasının tikilməsini tələb edirlər: Uşaqlar məktəbə təmiz gəlir, üz-gözləri çirkab içində çıxırlar. Oturacaq, stullar yoxdur. Vaxt var idi bu məktəbdə 250 şagird təhsil alırdı. İndi isə şagirdlərin yarı faizi qalıb. Biz də istəyirik ki, məktəb tikilsin, uşaqlarımız təhsildən ötrü gəlir bura. Mən özüm də 80-ci illərdə bu məktəbi bitirmişəm. Şikayətimiz budur ki, məktəb vaxtı keçmiş məktəbdir. Uşaqlarımız gəlir, otaqlar soyuqdur, xəstələnirlər tez-tez. Xahiş edirik ki, məktəb tikilsin, uşaqlar normal şəraitdə təhsil ala bilsinlər. Məktəbin direktoru Firadə Ələkbərova müsahibə verməkdən imtina etsə də şifahi olaraq bildirdi ki, şagird sayının çoxluğu səbəbindən dərslər iki növbəli tədris olunur. Təhsil ocağında 28 müəllim çalışır və 231 şagird təhsil alır. Ötən il 7 məzundan 4-ü ali təhsil ocaqlarına daxil olub. Şəraitsizliyə baxmayaraq, şagirdlərin davamiyyəti və təhsilin tədrisi yüksək səviyyədədir. Ucar Rayon Təhsil Şöbəsinin Müdiri Rauf Məmmədov APA TV-yə şifahi olaraq bildirdi ki, yeni məktəb binasının tikilməsi məsələsi “2019-2023-cü illər Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na salınıb. Görünən odur ki, şagirdlər hələ bir müddət də tüstülü, soyuq və qəzalı məktəbdə təhsil almalı olacaqlar. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... apa tv apa group apa xeber apa xeberler xeberler son xeberler gundem gundem xeberler en son xeberler Xəbərlər son xəbərlər ən son xəbərlər yeni sərəncam xəbərlər bugün xəbərlərdə bugün günün xəbərləri xəbərlər yeni xeberler son deqiqe ən son xəbər son dəqiqə son deqiqe xeber xəbər xeberler yeni yeni xəbərlər bugünkü xəbərlər ən yeni xəbər son xeberler 2021 son xeberler bugun son xeberler bugun 2021 günün əsas xəbərləri azerbaijan azerbaycan siyaset baku baki bakı баку азербайджан новости xəbərlər ilham əliyev ilham aliyev mehriban əliyeva mehriban aliyeva xeberler cebhe dtx mtn prezident xalq azerbaycan xeberleri en yeni xeberler azerbaycanda neler bas verir cebheden xeberler qarabag azerbaycan qarabag azerbaycan en son xeberleri gunun xeberleri karabakh qarabağ əsirlər erməni əsir qarabağ döyüşləri qazi xtq xüsusi təyinatlı əsir şəhid bolgeler dunya olke olkeden xeberler hadise hadisə hadisələr iqtisadiyyat gundem canli birbasha #apatv #apaxeber #apacanli