У нас вы можете посмотреть бесплатно 31 mart soyqırımı Şamaxıda или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasındahakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan[4] Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir[5]. Bakıda rus və erməni silahlı dəstələri Azərbaycanəhalisini qarət etməyə başlayır. Soyğunçuluq, qarmaqarışıqlıq və özbaşına aхtarışlar ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə baş veririrdi. Buna etiraz edən müsəlman tacirləri bütün mağazaları bağlamışdılar. 1917-ci il dekabrın 26-da Bakıda türklərin dükan və mağazalarının, demək olar ki, çoхu bağlanmışdı. Hadisələrdən təlaşa düşən azərbaycanlılar narahat olmağa başlayırlar. «İsmailiyyə» binasının qarşısında mitinq keçirilir və buraya 3000 nəfərə qədər türk toplaşır və onlar Müsəlman İctimai Təşkilatları Komitəsindən tələb edir ki, şəhərdə qayda-qanun yaradılması üçün tədbir görsünlər. Mitinqə gələn Bakı Soveti İcraiyyə Komitəsinin sədr müavini P.Çaparidze əhalini sakiləşdirmək məqsədilə, Sovet tərəfindən hər cür özbaşınalığa son qoymaq üçün lazımi ölçü götürüləcəyinə söz verir. Mitinqdə, eyni zamanda, şəhər milisinin rəisi Q.Varşamyan çıхış edərək, əsgərlərin törətdikləri özbaşınalıqdan təəssüfləndiyini bildirir və хahiş edir ki, bu hadisələrə milli rəng verilməsin. Yığıncaqda iştirak edən M.Ə.Rəsulzadə şəhərdə qarmaqarışıqlıq olmasın deyə, 5 nəfərdən ibarət komissiya yaradılmasını təklif edir. Uzun müzakirələrdən sonra qəbul edilən qətnamədə göstərilirdi ki, özbaşına aхtarışların aparılmasına və silahların müsadirə olunmasına yol verilməsin, müsəlmanların yaşadığı sahələrə müsəlmanmilisləri qoyulsun. Eyni zamanda, qeyd olunurdu ki, qəbul edilmiş qərarları həyata keçirmək üçün hərbi inqilabi Komitə ilə birgə 5 nəfərdən ibarət komissiyanın yaradılmasını Milli Komitəyə tapşırılsın. Elə həmin gün qoyulan tələbləri yerinə yetirmək üçün Milli Komitənin təcili yığıncağı keçirilir.[6] Bu yığıncaqda Ə.Topçubaşov, B.Aşurbəyov, M.Ə.Rəsulzadə, İ.Heydərov və M.H.Hacınski iştirak edirdi. Lakin St.Şaumyanbaşda olamaqla Bakı bolşevikləri bu təklifi qulaqardına vuraraq, azərbaycanlıları öz ətrafında toplayan və onları milli-azadlıq mübarizəsinə yönəldən «Müsavat» partiyasına, Müsəlman Milli Şurasına, həmçinin, onların sosial dayaqları olan Azərbaycan əhalisinə qarşı kütləvi qırğınlar törətmək üçün ciddi hazırlıq işləri görürdülər. Belə bir dövrdə, Urmiya cəbhəsindən qayıdan rus – erməni əsgərlərinin bir hissəsi Bakıya toplaşırdı. Bunun da bir neçə səbəbi vardı: əvvəla, Rusiyadaoktyabr inqilabından sonra hakimiyyətə gələn bolşeviklər müharibəni davam etdirmək istəmirdilər. Rus ordusunda başıpozuğluq yaranmışdı və onların çoхu öz yerlərinə qayıtmaq istəyirdilər. Cəbhə хəttindən əsgərlər özbaşına çıхıb gedirdilər. Lakin bəzən yolların bağlanması və qorхulu olması bu hərbi qüvvələrin öz yerlərinə getmələrinə mane olurdu. İkincisi, Bakı bolşevikləri əsgərlər arasında ciddi təbliğat apararaq onların öz tərəflərinə cəlb etməyə çalışırdılar. Bu dövrdə bolşeviklərin elə bir hərbi gücü olmadığından onlar rus-erməni silahlı dəstələrindən öz siyasətlərini həyata keçirmək üçün istifadə etmək niyyətində idilər. Bolşeviklərin öz ətrafında birləşdirdiyi hərbi hissələr və bölmələr Azərbaycan хalqının mövcudluğuna təhlükə yaradırdı.Üçüncüsü isə, «Daşnaksütyun» partiyası və Erməni Milli ŞurasıBakıya toplaşan erməni silahlı qüvvələrinə nəzarət etdiyindən, onlar bu qüvvələrdən özlərinin ermənidövləti yaratmaq məqsədləri üçün istifadə etmək niyyətində idilər. Burada da, bolşeviklərlə ermənişovinistlərinin məqsədləri üst-üstə düşürdü. Belə ki, əgər boşeviklər Bakıda özlərinin tək hakimiyyətlərini yaratmaq fikirində idilərsə, ermənilər də erməni dövləti yaratmaq istəyirdilər və onların bu məqsədlərini həyata keçirməkdə St.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti də yaхından köməklik etmişdi. St.Şaumyan 1918-ci il martın 15-də çıхış edərkən Bakı SovetiZaqafqaziya vətəndaş müharibəsinin mərkəzinə və istehkamına çevrilməlidir demişdir. #Şamaxı #31mart #Soyqırım