У нас вы можете посмотреть бесплатно Vətən Uğrunda Can Verənlər Sumqayıtda Belə Anıldı... или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
27 sentyabr – Anım Günü ilə əlaqədar olaraq Sumqayıt şəhərində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dərin ehtiramla yad edilib. Şəhidlər xiyabanında keçirilən anım mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, hərbçilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə Sumqayıt Şəhidlər Xiyabanında ucaldılmış Qalib əsgər abidəsinin önünə gül dəstələri və əklillər qoyaraq Vətən uğrunda canından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsini ehtiramla anıblar. Daha sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanların məzarları ziyarət olunub, ruhlarına dualar oxunub. Çıxış edənlər bildiriblər ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında böyük qəhrəmanlıq salnaməsi yazıb. Şəhidlərimizin göstərdiyi igidlik və fədakarlıq sayəsində torpaqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Qazilərimizin şücaəti və şəhidlərimizin müqəddəs qanı Azərbaycan tarixində əbədi iz qoyub. Tədbir iştirakçıları şəhid ailələri ilə görüşərək onların qəhrəman övladları ilə fəxr etdiklərini vurğulayıblar. Qeyd olunub ki, dövlətimiz hər zaman şəhid ailələrinin və qazilərin yanında olacaq, onların sosial müdafiəsi istiqamətində görülən işlər davam etdiriləcək. DİQQƏT! Kanalda yerləşdirilmiş bütün materiallar rəsmi mənbələrə istinadla yayımlanır! _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ © Denaz TV - in istehsal etdiyi bütün materiallar MÜƏLLİF HÜQUQU İLƏ QORUNUR. TƏKRAR YAYIM QADAĞANDIR! _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ Yeni videolardan xəbərdar olmaq üçün kanala ABUNƏ OLUB ZINQIROV düyməsini basın ki, hər dəfə yeni videolar paylaşanda sizə bildiriş kimi gəlsin Abunə ol: / @denaztv2