У нас вы можете посмотреть бесплатно Qobustan Dövlət Tarix Bədii Qoruğu или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Qoruğa dair tarixi məlumatlar: Qobustan Mezolit dövrü (e.ə. XII-VIII minillik) əhalisinin yaşayış məskəni hesab olunur. Qobustan Böyük Qafqaz dağlarının qurtaracağında, Bakının 65 kilometrliyində, Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən dağlıq sahədir. Ərazidəki qayaüstü rəsmlər bəşər mədəniyyətinin nadir tarix yadigarlarındandır. Qobustan qaya təsvirləri 1947-ci ildən öyrənilir. Qaya üzərində insan, heyvan təsviri, müxtəlif işarə, damğa, yağış suyu və qurban kəsilən heyvanların qanını toplamaq üçün istifadə olunmuş yalaqlar (qablar) və s. aşkar edilib. Bu rəsmlər içərisində ən çox diqqəti cəlb edən qol-qola tutub rəqs edən adamların «Yallı» rəqs səhnəsidir. Bu rəqslər böyük və kiçikliyinə, çəkilmə tarixinə görə bizim eradan əvvəl VIII minilliklə IV minilliyi əhatə edir. Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarına əsasən, 1966-cı ildə Qobustanın Böyükdaş, Kiçikdaş, Cingirdağ və Yazılıtəpə əraziləri qoruq elan edilib. Qoruq 4500 hektar ərazini əhatə edir. Burada 6 mindən artıq qayaüstü rəsm və müxtəlif fondlarda 100 mindən artıq arxeoloji material saxlanılır. Arxeoloqlar tərəfindən ərazidə 20 sığınacaq aşkar edilib, 40-a yaxın kurqan qeydə alınıb. Qoruğun Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şonqar və Şıxqaya dağları ərazilərində 1000-dən çox qaya üzərində çəkilmiş 7000-dən artıq təsvir dünya əhəmiyyətli abidə kimi dövlət qeydiyyatındadır. Qayalardakı insan, heyvan, qayıq təsvirləri və abstrakt işarələr Üst Paleolit dövrünün sonundan başlayaraq Son Orta əsrlərədək davam edən 20 min il ərzində yaradılıb. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlər müxtəlif tarixi dövrlərdə bu ərazilərdə yaşamış insanların məişəti və dünyagörüşü haqqında təsəvvür yaradır. Qədim musiqi aləti hesab olunan qavaldaş, qayalarda təsvir olunan “Yallı” rəqsini xatırladan səhnələr min illər əvvəl qədim icmaların mənəvi aləmi və incəsənət vərdişlərindən xəbər verir. Böyükdaş dağı ərazisində qeydə alınmış, eramızın 81-96-cı illərinə aid latın kitabəsində Roma imperatoru Domitsianın dövründə XII “Fulminati” legionuna aid mətn qeydə alınıb. Görkəmli Norveç səyyahı Tur Heyerdal Qobustanda olarkən qayaüstü rəsmləri yüksək qiymətləndirib. Arxeoloji abidə olmaqla yanaşı Qobustan həm də, minillər ərzində yerli əhali tərəfindən müqəddəs ərazi kimi sitayiş məkanı hesab edilib. Qoruq ərazisindəki “Qaraatlı”, “Sofi Həmid”, “Huri qızlar” və s. pirlər bu gün də yerli əhali tərəfindən ziyarət olunur. Bu abidələrlə bağlı adət-ənənələr, həmçinin ətraf ərazilərdə qorunub saxlanılmış ənənəvi yaylaq-qışlaq maldarlığı təsərrüfat tərzi Azərbaycan xalqının etnoqrafik yaddaşının bir hissəsidir. “Qobustan” Dövlət Tarix-Bədii Qoruğu (“Qobustan Qaya Sənəti Mədəni Landşaftı”) 2006-cı ildə “milli” status alıb. 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.