У нас вы можете посмотреть бесплатно Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Hünər Əliyevin yaradıcılıq gecəsi keçirilib или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
29 noyabr tarixdə Naxçıvan Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, xanəndə Hünər Əliyevin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət nazirinin müavini Həsən Seyidov Hünər Əliyevin həyat və yaradıcılığından bəhs edib.Vurğulanıb ki, ölkə səviyyəsində keçirilən müsabiqələr, festivallar yarışlarda həmişə fərqlənən xanəndə hətta musiqinin beşiyi olan Qarabağda da oxuyanlar arasında ilk yerlərdən birinə layiq görülüb. Sonra yaradıcılıq gecəsi keçirilən xanəndəyə Mədəniyyət Nazirliyinin fəxri fərmanı təqdim edilib. Daha Sonra xanəndənin sənət yoldaşları çıxış edərək Hünər Əliyev ilə bağlı təəssüratlarını tamaşaçılarla bölüşüblər. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının müşaiyəti ilə Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Hünər Əliyev, Zülfiqar Mahmudov, Azərbaycan Respublikasının Əməkdar artisti Vilayət İsmayılov, Prezident mükafatçısı Nərmin Hüseynovanın ifalarında “Segah” təsnifi, “Eşqimin növrağı”, “Yana-yana kül oldum” və bir sıra musiqi nömrələri tamaşaçılara təqdim olunub. Sonda konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.