У нас вы можете посмотреть бесплатно Qarındakı Köpün Ən incə Səbəblərini Bil Və Derhal Xilas Ol! или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Son zamanlarda qarın şişkinliyi günümüzün ən aktual mövzularından biridir. Mədədə bu şişkinliyin səbəbi həmişə çəki artımı ilə bağlı deyil. Müxtəlif səbəblərdən qarın şişməsinin olduğu da məlumdur. Qarındakı bu şişlər bəzən müvəqqəti , bəzən isə müəyyən bir xəstəliyin əlaməti ola bilər.Bəs bunun səbəbi nədir? Bu mövzuda sizlərə yeteri qədər aydın olan geniş bir məqalə təqdim edəcəyik.Məlumatı izləməmişdən öncə Dəyərini Bil kanalına abunə olmağı və bildiriş zəngini açmağı unutmayın. Qarın şişməsinin səbəbləri insandan insana fərqli olsa da, ən əsas səbəb ümumiyyətlə bağırsaqlarda qaz əmələ gəlməsidir. Qidada olan karbohidratların parçalanması zamanı bağırsaqlarda qaz əmələ gəlir. Bu qidalar parçalanarkən havanın sıx şəkildə udulması qarın boşluğunda şişkinliyə səbəb olur. Qarın şişməsinin digər səbəbləriyləsə gəlin bir yerdə tanış olaq. • Bağırsaqlardakı infeksiyalar və simptomlar da şişkinliyə səbəb ola bilər. Bağırsaq xəstəliklərində istifadə edilən dərmanlar qarın şişməsinə və narahatlığa səbəb ola bilər. • Bəzən heç bir şey istehlak edilməsə də qarın şişə bilər. Bunun səbəbi stresli və narahat həyat şəraiti ola bilər. • Menstruasiya gecikən qadınlarda qarın nahiyəsində şişlik ola bilər. • Erkən doyma və mədənin tam boşalmaması kimi səbəblərdən qarın şişməsi baş verə bilər. • Çölyak xəstəliyi qarın boşluğunda şişlik ilə özünü göstərə bilər. • Siroz və qaraciyər çatışmazlığı kimi xəstəliklərə görə də qarın şişə bilər. Qaraciyərin funksiyasını itirməməsi üçün spirtdən qaçınılmalı və lazımi nəzarətlər edilməlidir. • Tez yemək və çeynəmədən udmaq nəticəsində qarın şişməsi baş verə bilər. Bu qidalar bağırsaqlardan keçməkdə çətinlik çəkəcəyi üçün daha çox qaz ayrılır və şişkinlik meydana gəlir. Bu səbəblərdən asılı olaraq qarında müvəqqəti və ya qalıcı şişkinliklər meydana gələ bilər. Əgər qarın boşluğunda keçməyən şişlik varsa, o zaman bəzi xəstəliklərin olma ehtimalı çox yüksəkdir. Buna görə bir mütəxəssislə məsləhətləşmək faydalıdır. Qarın şişməsi necə keçir deyə sual yaransa necə? Bunun keçməsi üçün bəzi detallara diqqət yetirmək,ən əsas isə təbii yolla bunun qarşısını almaq mümkündür.Bunlara nələr aiddir. Nanə istehlakı şişlik, qaz və digər həzm sistemi problemlərinə yaxşı gəlir. • Darçın mədə turşusunun divarlardan keçmə şansını azaldır. Nəticədə qaz əmələ gəlməsinin də qarşısını alır. • Çobanyastığı çayı qaz və şişkinlik problemləri üçün istifadə olunur. • Mədədə turşuluq dərəcəsini azaltmaq üçün sarı xardal istehlak edilə bilər. • Zəncəfil bütün həzm sistemi problemləri üçün faydalı qidadır. • İşlənməmiş üzvi alma sirkəsi həddindən artıq qaz və şişkinlik üçün yaxşıdır. Eyni zamanda, tərkibində laktoza olan qidalardan qaçınmaq lazımdır. • Bitki çayları istehlak edilməlidir. • Az yağlı qidalara üstünlük verilməlidir. • Meyvə, tərəvəz və lifli qidaları lazım olduğundan artıq istehlak etməməyə diqqət yetirilməlidir. • Turşu, qazlı, şəkərli içkilərdən uzaq durmaq lazımdır. • Müntəzəm idman və gəzintiyə diqqət yetirilməlidir. • Bunlara fikir verirsinizsə və hələ də qarnınız şişirsə ,o zaman həkimə müraciət edib mədə şişkinliyinin səbəbini öyrənə bilərsiniz.Çünki bəzən bu fərqli bir xəstəliyin əlaməti ola bilər. Qarın şişməsinə qarşı yaxşı evdə təbii üsullarla da bu problemi həll etmək mümkündür. Şüyüd. Şüyüd və şüyüd toxumlarından bitki çayının hazırlanması şişkinliyin qarşısını almaqda təsirlidir. Çiy, bişmiş və ya bitki çayı şəklində istehlak edilə bilər. • Alma. Liflə zəngin olan alma bağırsaq sağlamlığını gücləndirir və həzmi yaxşılaşdırır. Bu sayədə qarın bölgəsindəki şişkinliyi də aradan qaldıra bilər. • Anis bitki çayı. Əgər həzminizin pis olması səbəbindən şişkinlik hiss edirsinizsə, anis bitki çayı təbii və təsirli bir həlldir. • Melissa otu. Spazmlara yaxşı təsir edən bitkidir. Çay dəmləmək və içmək həzm sisteminə faydalıdır. • Zəncəfil. Uzun müddət şişkinlik yaşanırsa, zəncəfil çayı və ya zəncəfilli qatıq istehlak edilə bilər. Qarın şişməsi və sərtləşməsi üçün çox təsirlidir. • Biyan kökü. Sidikqovucu xüsusiyyətə malik olduğundan, şişkinliyə səbəb olan maddələrin bədəndən çıxarılmasına kömək edir. Növbəti videoumuzun daha sonuna geldik.Güman edirik ki,sizə mövzu ilə bağlı ətraflı məlumat verərək,ağlınızdakı suallara cavab tapmaqda köməklik göstərə bildik.Videolarımızı bəyənirsinizsə kanala dəstək olub abunə olmağı və fikirlərinizi paylaşmağı unutmayın.Hər zaman sağlam qalmaq diləyi ilə ALLAH amanında inşALLAH. #qarındaqazınsebebi #qarındaköpveqaz #qarındakişişkinliyinsebebi