У нас вы можете посмотреть бесплатно “Yıxdı altına, başladı sökməyə...” | Ayının hücum etdiyi sakin yaşadıqlarını danışdı или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
“Yıxdı altına, başladı sökməyə...” | Ayının hücum etdiyi sakin yaşadıqlarını danışdı Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kənd sakinləri olan ata və oğul oktyabrın 19-da ayı hücumuna məruz qalıb. Hadisə kənd sakini Məzahir Məmmədovun oğlu ilə birlikdə meşəlik ərazidə giləmeyvə yığdığı vaxt baş verib. Ayı hücumu zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən zərərçəkən hadisənin qəfil baş verdiyini deyib: "Ayını görəndə döndüm ki, qaçım, amma ayağım daşa ilişdi, yıxıldım. Bu zaman ayı üstümə atıldı. Can şirindir, başladıq boğuşmağa. Oğluma tərəf gedəndə, nə fikirləşdisə, qayıdıb getdi". Zərərçəkənin oğlu isə bildirib ki, ayının onlara necə yaxınlaşdığını hiss etməyiblər: "Gördüm yuxarıdan itlər gəlir. Sən demə, ayı da onların arxasınca gəlirmiş. Səs eşitdikdən sonra kolların arasından qonur bir şeyin keçdiyini gördüm. Atam qaçmaq istəyəndə yıxıldı və ayı ona hücum etdi". Zərərçəkənin yerləşdirildiyi xəstəxananın həkimi Amin İsmayılov yaralının vəziyyətinin yaxşı olduğunu deyib: "Xəstənin gövdə nahiyəsində, hər iki aşağı və yuxarı ətraflarında, əl biləklərində deşilmiş, cırılmış yaralar olub. İlkin tibbi yardım göstərilib, stasionar müalicəsinə başlanılıb. Vəziyyəti qənaətbəxşdir". Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber https://x.com/bakutvofficial / baku.tv https://www.baku.tv “Yıxdı altına, başladı sökməyə...” | Ayının hücum etdiyi sakin yaşadıqlarını danışdı 2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #ayıhücumu #naxçıvan #hadisə #ayıhücumetdi #təbiəthadisəsi #vəhşiheyvan