У нас вы можете посмотреть бесплатно Hər gün saqqız çeynəsək, orqanizimdə nə baş verər? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Hər gün saqqız çeynəsək orqanizimdə nə baş verər? Saqqız Dünya hər ötən gün bir az daha inkişaf edir. Təbii ki, dünyanın inkişafı paralel olaraq, insan oğlunun da inkişafını tələb edir. Məsələn; fiziki mənada orqanizmimizin, xüsusilə, beynimizin inkişafını sürətləndirməyə çalışmaq müasir insanın ən böyük arzularından biridir. Bəs, nə edirik? Müxtəlif vitaminlərə, minerallara, çeşidli qidalara, bitkilərə, hətta, texnologiyaya üz tuturuq. İnkişaf axtarışlarımız bunlarla da bitmir; çiynədiyimiz saqqızdan da mədəd umuruq. Necə? Buyurun… Koronavirus ilə birgə dünya “onlayn təlimlər” deyə bir məfhum qazandı. Yaddaşı gücləndirmək, sürətli oxumaq və başqa bunun kimi bir çox istiqamətdə onlayn təlimlərə qoşulanların sayı günbəgün artır. Dünya Yaddaş Çempionu Məlik Duyar da bu cür təlimlərə moderatorluq edir. O, qeyd edir ki, iştirakçıların əksəriyyəti saqqızın beyin inkişafında rolu ilə maraqlanırlar. Doğrudan da, maraqlı sualdır: “Saqqız çiynəmək beyni inkişaf etdirirmi?” Araşdırmaların nəticələrinə baxaq… 2002-ci ildə saqqızın yaddaş funksiyalarına təsiri ilə bağlı aparılan bir araşdırmanın nəticəsi açıqlandı. Məlum oldu ki, saqqız çeynəmək ümumişlək olmayan sözlərin xatırlanmasına kömək edir. Amma saqqız diqqəti toplamaq üçün vasitə deyil. Başqa bir neçə araşdırma isə saqqız çeynəməyin yaddaşa heç bir təsiri olmadığını aşkarlayıb. Buna baxmayaraq, araşdırmanın əməkdaşları saqqızın diqqəti toplamağa kömək etdiyindən əmindir. Gördüyünüz kimi, iki nəzəriyyə bir-birini təkzib edir. Bəs, gəlinən ümumi nəticə nədir? 1) Saqqız çeynəmək ürək döyünməsini sürətləndirir. Bu da beyinə daha çox qan pompalanmasına səbəb olur. Beləcə, beyinə gedən oksigen və qlükozanın miqdarı artır. Beyinin əsas “qida maddəsi” sayılan oksigen və qlükozun bolluğu, təbii ki, beynin və yaddaşın funksiyalarını artırır. 2) Saqqız çeynəmək orqanizmdəki insulin istehsalına da müdaxilə edir. İnsulin istehsalı da beyində yaddaşın “deposu” olan hipokampusun işləməsinə təsir edir. Yaxşı işləyən hipokampus güclü yaddaş deməkdir. Son dövrlərdə İngiltərədə aparılan və nəticələri “Journal of Appetite” dərgisində yayımlanan bir araşdırmaya 75 nəfər qatılıb. Onlar 25 nəfərlik kiçik qruplara bölünüb. Hər qrupa fərqli tapşırıqlar verilib. 1-ci qrupdakı 25 nəfər saqqız çeynəyib. 2-ci qrupdakı 25 nəfərə saqqız verilməyib və bir otaqda səssizcə gözləmələri tapşırılıb. 3-cü qrupdakı 25 nəfər də başqa bir otaqda səssiz gözləyib. Amma onlardan guya ağızlarında saqqız varmış kimi, çənələrini oynatmaları istənib. Hər 3 qrupun üzvləri sonda “qısamüddətli yaddaş” və “işləyən yaddaş” testlərindən keçiblər. Qeyd edim ki, “qısamüddətli yaddaş” ən yaxın zamanda baş verən hadisənin və ya alınan informasiyanın xatırlanmasıdır. “Uzunmüddətli yaddaş” isə daim önəmli saydığınız və hər an xatırladığınız şeylər haqqında məlumatların toplusudur. Məsələn; ev ünvanınız, telefon nömrəniz, maaş kartınızın kodu və s. Maraqlıdır ki, araşdırmada saqqız çeynəyən və guya saqqız çeynəyirmiş kimi çənəsini işlədən insanlar sakitcə oturanlara nisbətən daha yaxşı nəticə göstəriblər. Beləcə, araşdırmaçılar saqqızın yaddaşa təsirinin qətiliyindən əmin olublar. Bütün bu fərqli fikirlər, araşdırmalar, gəlinən nəticələr isə sualımıza qəti cavab vermir. Nəhayət, dietoloqların fikrincə, saqqız çeynəmək zövq məsələsidir. Psixoloqlar isə, saqqızın ən yaxşı plasebolardan biri olduğu qənaətindədirlər. Yəni, kimsə “saqqız çeynəyirəm, indi arıqlayacağam” deyirsə və saqqızı cani-dildən çeynəyirsə, o, nəticəsini görə bilər.