У нас вы можете посмотреть бесплатно Buğda bitkisində yarpaqlarının bənövşəyi rəngdə olması nədən xəbər verir? Səbəblər və həlli yolları! или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Kənd təsərrüfatlarında bitkilərin qida ehtiyaclarını qarşılamaq üçün geniş şəkildə istifadə olunan bəsləmə vasitələrindən biri də fosfor gübrələridir. Bitkilərin sağlam və sürətli inkişafı üçün vacib olan, bir çox üzvi komponentləri özündə ehtiva edən fosfor gübrələri ilkin inkişaf mərhələsindən başlayaraq digər dövrlərdə də böyük rol oynayır. Beləliklə, çiçəkləmədən kök inkişafına, toxumun cücərməsindən meyvə formalaşmasına qədər bitki böyüməsinin bütün mərhələlərində fosfor gübrələrindən istifadə edilə bilər. Fosfor təbii şəkildə torpağın tərkibində yer alsa da, bəzən bu bitkinin inkişafı üçün kifayət etmir və yararlılıq dərəcəsi aşağı olur. Odur ki, müvafiq gübrənin tətbiqi zamanı qeyri-üzvi və üzvi fosforun birləşməsi sayəsində bitki qida ehtiyacını tam şəkildə qarşılaya bilir. FOSFORLU GÜBRƏ NƏDİR? Fosfor maddə olaraq bitkilərdə enerjinin ötürülməsi və hüceyrələrin bölünməsinin daha asan həyata keçirilməsi baxımından mühüm rol oynayır. Bu və digər faydalı xüsusiyyətləri baxımdan təsərrüfatlarda fosforlu gübrələrdən istifadə etmək məqsədəuyğundur. Fosforlu gübrələr tərkibində fosfor, azot və kalium kimi torpaq üçün faydalı elementləri özündə birləşdirir. Tərkibində torpağa və bitkilərə ziyanlı maddələr olmadığı üçün digər kimyəvi maddələr kimi torpaqda deformasiyaya səbəb olmur. Torpağın əsas strukturuna zərər toxundurmaması sayəsində torpaq uzun illər səmərəliliyini qoruyur. FOSFORLU GÜBRƏLƏRİN FAYDALARI Kənd təsərrüftalarında və ümumilikdə bitki yetişdirilməsi zamanı fosfor gübrələri faydalılığının yüksək olması baxımdan mütəxəssislər tərəfindən tətbiqi daim şiddətlə tövsiyə olunur. Ən əhəmiyyətli faydalı xüsusiyyətlərini isə aşağıdakı formada sıralamaq olar: Bitkilərin sağlam, sürətli böyüməsini və inkişafını təmin edir Bitkilərdə enerji ötürülməsini intensivləşdirir Torpağın bioloji və enerji mübadiləsini aktivləşdirir Kök sisteminin formalaşmasını dəstəkləyir Çiçəkləmə mərhələsində və meyvələrin formalaşmasında mühüm əhəmiyyət kəsb edir Məhsuldarlığı artırır Xəstəliyə qarşı müqaviməti artırır Taxılda Fosfor Əskikliyinin Əlamətləri İnkişaf zəifləyir, gövdə qısalır və nazikləşir Yarpaqlar tünd yaşıl və mavi-yaşıl rəngə boyanır Köhnə yarpaqlar uclarından başlayaraq saralır, solur, quruyur və erkən məhv olur Sünbüllər kiçik, bəzən bənövşəyi qırmızı rəngdə olur