У нас вы можете посмотреть бесплатно Salyanda ilk dəfə olaraq Hind narı əkilib. или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Göyçaydan sonra Salyan rayonunda ilk dəfə olaraq Hind narı əkilib. Qeyri-adi görünüşə, dada və rəngə malik olan Hind narının şitilləri görənlərin marağına səbəb olub. 47 yaşlı Salyan rayon sakini Faiq Zaidov həyətyanı sahəsində ilk dəfə olaraq Hind narı əkib. O, rayonda ilk dəfə əkdiyi belə bir narın toxumlarını təsadüf nəticəsində əldə etdiyini deyir. Faiq Zaidov-təsərrüfat sahibi: “İşimlə bağlı bir yerə getmişdim.Gördüm bağda belə şey var,maraqlandım toxumunu götürdüm gətirdim əkdim.Gələn qohum tanışlara da genişləndirmək üçün toxumundan verirəm ki,əksinlər. Yayda əkdiyi Hind narı sarmaşıq inkişaf edərək əhatə dairəsi daha da genişlənib. Bu nar sortu qeyri-adi görünüşünə görə, rənginə və dadına görə adi narlardan xüsusi ilə fərqlənir. 10-15 santimetr uzunluğunda olan Hind narının içərisində 20-30 ədəd dənəsi olur ki, bu da adi narın dənələrindən iki dəfə böyükdür. Həm də Hind narının özünəməxsus müalicəvi əhəmiyyəti var. Faiq Zaidov-təsərrüfat sahibi: “Daxili orqanlara xeyri var.Yayın əvvəlindən 4-5 aydır necə var elə də qalır.Yarpaqları tökülmür, saralmır necə var elə də qalıb” Hazırda həyətyanı sahədə 6 ədəd Hind narı əkib. Təsərrüfat sahibi Faiq Zaidov gələcəkdə Hind narı sahəsini genişləndirərək istehsal etmək niyyətindədir. İlk dəfə Hind narı ölkəmizdə Göyçay rayonunda 5 il bundan əvvəl əkilib.