У нас вы можете посмотреть бесплатно Gidosh - 1907 или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
1907 - hansı dildə istəyirsiniz dinləyin, musiqinin dili olmur. Günəş təkdir, təsəvvür edirsiniz? Bütün dünya üçün bir dənədir. Və bunu bilirəm ki, popularlıq üçün 16 dəqiqəlik mahnı yazılmır. Musiqi mənim yerimə danışır, mən isə bir çoxunun yerinə musiqi ilə danışıram. Külək, yağış, bəlkə bunlar da dünyanın bizimlə danışdığı dildir. Bilmirəm. Bir də uşaqlar var - eşidilmək, başa düşülmək istəyən. A, düzdü, bir də böyüklər var - eyni ehtiyacla. Danışmaq əsas məsələ deyil. Əsas olan - hisslərlə üzləşmək, düşünmək, həll yolu tapmaq və sonra necə, nə üçün davam etməyi bilməkdir. Bu halda danışmaq ya da susmaq, daha doğrusu, nəyi danışmaq və nəyi danışmamaq - artıq bizim seçimimiz olur, məncə. Siz haradasınız bəs? Aprel ayındandır ki, bu mahnı üzərində işlənilib paylaşılmağını gözləyirdi. Üzərində işləmədim, aylar keçdikdən sonra olduğu kimi paylaşdım. Çünki istədim elə olduğu kimi də qalsın. Həqiqətən, bir düşünün, musiqinin öz dili var və bu dili anlamaq elə də çətin deyil, dünyanın harasından oluruqsa, olaq. İnsanları, hissləri, həyatları, ağrıları bəzən isə sevincləri birləşdirir musiqi. Ümid edirəm dinləyib bəyənərsiniz və sizin üçün də bir məna daha daşıyan mahnılardan biri olar. Spotify - https://open.spotify.com/track/61SJ3o... Instagram - https://www.instagram.com/reel/DMvcqq...