У нас вы можете посмотреть бесплатно İLK DƏFƏ ÇARPAZ BÖYRƏK ƏMƏLİYYATI İCRA OLUNDU или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Azərbaycanda ilk dəfə olaraq çarpaz böyrək əməliyyatı həyata keçirilib. Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri bir gündə dörd nəfəri belə əməliyyat ediblər. Bu haqda Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü Mircəlal Kazımi bildirib. Onun sözlərinə görə, çarpaz əməliyyat donor qıtlığı probleminin həlli üçün yaxşı variantdır. Belə əməliyyat zamanı böyrək köçürülməsinə namizəd olan, amma tapdığı donorla qan qrupu uyğun gəlməyən xəstələr öz aralarında donorlarını dəyişirlər. “Çarpaz əməliyyat hazırda bir cüt xəstəyə icra olunub. Bu il 3 cüt də əməliyyata hazırlaşır. Onların müayinələri tam bitmədiyi üçün yəqin ki, gələn ilə əməliyyat olunarlar. Çarpaz əməliyyatın yeganə fərqliliyi onun aparılması üsuluna göədir. Əməliyyatdan əvvəlki hazırlıqlar, analizlər, əməliyyatdan sonrakı müddət - hamısı standart əməliyyatlarda olduğu kimidir». Həkimlər deyirlər ki, əməliyyat üçün müraciət edən xəstələrdən bəzilərinin ümumiyyətlə donoru olmur. Bəzilərində isə donorla qan qrupu uyğun gəlmir. Bu problemin həlli yollarından biri çarpaz orqan transplantasiyasıdır. Azərbaycanda ilk dəfə resepiyentlər Şahmar Məmmədov və Vahid Bədəlov öz aralarında qan qruplarına uyğun şəkildə donorlarını dəyişiblər. Hazırda Azərbaycanda 2500-dən çox insan böyrək çatışmazlığından əziyyət çəkir. Onların 80 faizi böyrək transplantasiyası üçün namizəddir. Lakin donor qıtlığına görə əməliyyatları icra etmək mümkün olmur. Bu problemin həlli yollarından digər yolu isə xəstələrə meyitdən orqan köçürülməsidir. Hazırda dövlət tərəfindən meyitdən orqan köçürülməsi konsepsiyası üzərində iş aparılır. Belə olduqda, tamailə sağlam adamı əməliyyat edib onun böyrəyini çıxarb xəstəyə köçürməyə ehtiyac qalmır. Böyrək transplantasiyası icra olunduqda, hemodializ artıq köməkçi müalicə kimi istifadə olunur. Son 10 il müddətində Mərkəzi Neftçilər Xəstəxanasında 500-dən çox insan üzərində qaraciyər və böyrək transplantasiyası əməliyyatları icra olunub. Bu il ərzində isə xəstəxanada bu il 76 xəstəyə böyrək, 9 xəstəyə isə qaraciyər köçürülüb.