У нас вы можете посмотреть бесплатно Bakıda 2-ci Azərbaycan Diabet və Metabolizma Xəstəlikləri konfransı və 4-cü AzərTürkDiab simpoziumu или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
23-24 yanvar 2026-cı il tarixində Bakıda 2-ci Azərbaycan Diabet və Metabolizma Xəstəlikləri konfransı və 4-cü AzərTürkDiab simpoziumu uğurla baş tutdu. 400-dən çox endokrinoloq-həkimlərin qatıldığı elmi tədbir təcrübə və bilik mübadiləsi üçün geniş imkanlar yaratdı. Konfrans çərçivəsində Baku Medical Plaza Hospitalının Endokrinologiya şöbəsinin rəhbəri, Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının (EDTTA) idarə heyətinin üzvü Dr. Hidayət Məmmədzadə “Şəkərli diabetli yaşlı pasiyentlərdə fərdiləşmiş müalicə strategiyaları” mövzusunda çıxışı etdi. Təqdimat zamanı yaşlı pasiyentlərin klinik xüsusiyyətləri nəzərə alınmaqla müalicə planlanması, risklərin düzgün qiymətləndirilməsi və gündəlik tibbi praktikada tətbiq olunan müasir yanaşmalar vasitəsilə fərdiləşdirilmiş müalicə yanaşmalarının əhəmiyyəti önə çəkildi. Tədbirin sonunda iştirakçılara “Şəkərli diabet diaqnostika və müalicə rəhbəri 2026” kitabı hədiyyə edildi. Ümid edirik ki, bu nəşr azərbaycanlı endokrinoloqlar üçün stolüstü kitaba çevriləcək.