У нас вы можете посмотреть бесплатно Hipofiz vəzi xəstələri əməliyyatdan sonra nələrə diqqət etməlidirlər? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Hər hipofiz xəstəsi əməliyyat olunmaz. Xəstəyə, ümumiyyətlə, müalicə taktikasının seçilməsi diaqnozdan birbaşa asılıdır. Prolaktinomadan başqa, yəni prolaktin istehsal edən törəmələrdən başqa hipofiz vəzidə digər funksional aktiv törəmələrin hamısının müalicəsi cərrahidir. Bu istər akromeqaliya xəstəliyi olsun, istər Kuşinq xəstəliyi olsun, istər cinsi hormonların aktivliyinə bağlı problemlər olsun, bunların hamısında orqanizmdən artıq hormon istehsal edən düyünlərin uzaqlaşdırılması ana məqsədimizdir. Prolaktinomalarda isə əsas müalicəmiz dərmanlarla aparılır. Ama bəzən dərman müalicəsinə cavab verməyən, daha böyük, invaziv prolaktinoma halları olur ki, bu zaman da biz xəstələri cərrahi əməliyyata göndəririk. Əməliyyatdan istər əvvəl, istər əməliyyatdan sonra xəstələr endokrinoloq tərəfindən mütləq dəyərləndirilməlidir. Bu xəstələrin əməliyyata göndərilməsi qərarı da endokrinoloqun göstərişi ilə olmalıdır. Təbii ki, bu bir komanda işidir. Burda beyin cərrahının, radioloqun, eyni zamanda lazım olsa digər mütəxəssis həkimlərin rəyi də nəzərə alınmalıdır. Ümumi bir yekun qərar əsasında xəstələr cərrahi əməliyyata göndərilməlidir. Xəstə əməliyyatdan sonra təbii ki, əgər tamamilə, radikal şəkildə düyün çıxarılıb götürülərsə, funksional aktiv bir törəmədirsə bu xəstə tamamilə xəstəlikdən qurtulmuş da ola bilər. Amma bəzən olur ki, xəstədə funksional aktivliyi olmayan bir düyün tapılır. Bəzən xəstələr bununla əlaqədar çox panikaya düşürlər. Bu xəstələrə heç bir müalicə tətbiq etmədən sadəcə həkim nəzarətində təqib edib izləyirik. Bəzən elə olur ki, əməliyyatdan sonra tam effekt əldə olunmadığı üçün xəstələri şüa terapiyasına qədər göndərmək məcburiyyətində qalırıq. Bəzən əməliyyatdan sonra xəstələrdə digər hormon yetərsizlikləri olduğu üçün bu xəstələrə də əvəzedici hormonal terapiyanın aparılması labüd olur ki, bu da endokrinoloqun işidir. Yəni əməliyyatdan əvvəl və sonrakı təbiq və nəzarət mütləq həkim endokrinoloqun nəzarəti altında aparılmalıdır.