У нас вы можете посмотреть бесплатно İdman zalında, məktəbdə gənclərimiz niyə qəfildən ölürlərmiş? - ŞOK SƏBƏB или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#APATV #qəfilölüm #kardioloq #ürəktutması #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi İdman zalında, məktəbdə gənclərimiz niyə qəfildən ölürlərmiş? – ŞOK SƏBƏB Ölüm cavanlaşıb... Tez-tez istifadə etdiyimiz bu söz son zamanlar özünü daha çox doğruldur. Bir neçə il bundan öncəyə qədər gənc insanların ölüm xəbərini az-az eşidərdik. İndi ard-arda gənclərin, yeniyetmələrin qəfildən dünyasını dəyişdiyinin şahidi oluruq. Son bir neçə ay ərzində 3-cü sinif şagirdi Fəxri Kərimov, 8-ci sinif şagirdi Ramal Zaur oğlu, 11-ci sinif şagirdi Vaqif Məmmədov, 22 yaşında Sona Qarazadə və adını bilmədiyimiz daha neçə gənc qəfildən dünyasını dəyişib. Bəs bu insanları heç bir xəstəlikləri olmadığı halda həyatdan qəfil qoparan nədir? Həkim kardioloq Leyla Ələkbərova deyir ki, ani kardiak ölüm insanların şikayətləri başlayandan bir saat içində həyatlarını itirməklə nəticələnən bir haldır: “Dünyada hər 80 saniyədə 1 insan bu səbəbdən həyatını itirir. Artıq insanların qəfil ölümü iki yerə bölünüb 35 yaşdan yuxarı və 35-dən aşağı. 35 yaşdan aşağı insanlarda baş verən ölüm hallarına daha tez- tez rast gəlinir. Şikayətləri bir neçə dəqiqə sürür, insanlar huşunu itirərək dünyalarını dəyişirlər. Bu halların baş verməsi daha çox ürək xəstəlikləri, ürək qapaq sistemi xəstəlikləri, anadangəlmə ürək xəstəlikləri, ürək ritminin pozğunluğu nəticəsində əmələ gələn bir haldır”. Ən qorxulusu da budur ki, bir neçə dəqiqə ərzində insanın həyatına son qoyan bu ürək xəstəliklərinin simptomları yoxdur. Xəstəlik orqanizmdə gizli inkişaf etdiyi dövrdə də insanın heç bir şikayəti, ağrısı olmur. Həkimin sözlərinə görə, bu xəstəliyə ən çox idmançılarda rast gəlinir: “Bu hallar ritm pozğunluqları zamanı gizli şəkildə baş verir. Hansı ki, öncədən şikayət verməyə bilər, qəfləti ölümə yol aça bilər. Ailəsində ürək ölümü keçirən insanlar chek-up olunmalıdır, çünki bu genetikdir. Qəfil bir ürək titrəməsi və ardınca ürək dayanması ola bilər. Ani ölümlər idmançılar arasında da yayılıb. İdmançıların əzələləri böyük, ürək damarları hipertrafik olur. Bu hipertrafik əzələ daha çox ritm pozğunluğuna səbəb olur. Ona görə də idmanla məşğul olan insanlarda qəfil ölüm halları daha çox yaşanır”. Qəfil ürək tutmaları adamların sıx olduğu yerlərdə, xəstəxanalardan kənarda baş verərsə təcili tibbi yardım gələnə qədər ilkin müdaxilə etmək, ölümlərin qarşısını “elektroşok cihazları” ilə almaq mümkündür. Mütəxəssislərin sözlərinə görə, qəfləti ürək dayanması yaşayanlara birinci dəqiqədə ürəyə elektrik verərək ritmi bərpa edən aparatlar ilə müdaxilə edilsə, 10 xəstədən 9-unu xilas etmək olar: “İnsanlar mütləq şikayətləri olmasa belə ürək chek-up-ı keçməlidir. Ən azından kardio fibrillatorlar kimi aparatlar insanın bədəninə inplantasiya olunur və ehtiyac hallarında necə ki, biz həkimlər xəstəni ilk yardım edib həyatını qurtarırıq, eləcə də bu aparat həmin işi görür, tibb aritmiyanı dayandırır. Bu aparatlar invasif yolla həkim nəzarəti altında, əməliyyat yolu ilə insanın dərialtına yerləşdirilir. İnsanların toplu olduğu yerlərdə defibrillator aparatları mütləq mövcud olmalıdır ki, bundan istifadə edə bilsinlər”. Gördüyünüz kimi... Bu elə xəstəlikdir ki, cavan-uşaq demədən hər kəsin yaxasından amansızca yapışa bilər. Bu zaman xəstənin nə təcili yardım gözləməyə, nə də xəstəxanaya getməyə macalı qalır. Xəstəni ölümün pəncəsinə təslim etməmək üçün ən azından ürək masajını, xəstəyə ilkin tibbi yardımın necə göstərilməli olduğunu bilməyimiz vacibdir. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv