У нас вы можете посмотреть бесплатно Hədəf STEAM Liseyi | Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir: или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Hədəf STEAM Liseyi Abşeron filialında Azərbaycan ədəbiyyatının nəhəng simalarından, sözün və ruhun böyük ustadı Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın Bəxtiyarı” adlı möhtəşəm tədbir keçirildi. ✨ Ədəbi irsimizin qürur mənbələrindən biri olan Bəxtiyar Vahabzadənin ölməz söz xəzinəsi bu gün liseyimizin səhnəsində yenidən canlandı, yenidən nəfəs aldı. Tədbir boyunca böyük şairin ömür yolu, yaradıcılıq missiyası və Vətənə olan sonsuz sevgisi səhnədə canlandırıldı. Müəllimlərimizin və balabilgələrimizin ürəkdən səsləndirdiyi müxtəlif şeirlər salonu ədəbi bir ab-havaya bürüdü. Şairin sözlərinə bəstələnmiş mahnıların canlı ifası isə tədbirə xüsusi rəng qatdı. Səhnədə nümayiş olunan rəqslər, musiqili kompozisiyalar və ifalar tədbirin estetik gözəlliyini tamamlayaraq tamaşaçılara həm duyğu dolu, həm də yaddaqalan anlar yaşatdı. Bu gün bir daha anladıq ki, Bəxtiyar Vahabzadə təkcə şair deyil — o, xalqının səsi, nəfəsi, yaddaşı və sabaha uzanan işığıdır. 📜