У нас вы можете посмотреть бесплатно SİMDNX:Su obyektlərinin sintetik torlarla çirkləndirilməsinə qarşı mübarizə tədbirləri gücləndirilib или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən Kür çayının Şirvan şəhəri və Sabirabad rayonu ərazisindən keçən hissəsində reyd keçirilib. Keçirilmiş reyd zamanı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən mülki dövriyyəsi qadağan olunmuş sintetik torlar və digər balıq ovu vasitələri ilə su obyektlərinin çirklənməsinə rast gəlinib. Azərbaycan Respublikası Su Məcəlləsinin və suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə əsasən su obyektlərinə istehsalat, təsərrüfat və məişət tullantılarının atılması və axıdılması, həmçinin su obyektlərinin çirklənməsinə səbəb ola biləcək digər fəaliyyətlərin həyata keçirilməsi qadağan edilir. Tərəfimizdən Kür çayının Şirvan şəhəri və Sabirabad rayonlarının ərazisindən keçən hissəsində müxtəlif ölçülərdə ümumi uzunluğu 300 metrdən artıq sintetik tor və çoxlu sayda vintil su akvatoriyasından çıxarılıb və qanunla müəyyən olunmuş qaydada zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür. Ölkəmizdə sintetik torların satışının və istifadəsinin qadağan olunmasına baxmayaraq, əfsuslar olsun ki, su və su təsərrüfatı obyektlərində balıq ovu ilə məşğul olan bəzi subyektlər tərəfindən hələ də bu tip məshullardan istifadə olunmaqdadır ki, bu da su obyektlərinin çirklənməsi, suyun təbii axım rejiminin dəyişməsi və bioloji müxtəlifliyin azalması kimi zərərli təsirlərlə nəticələnir. Sintetik torlardan istifadə balıqların kütləvi məhvinə səbəb olmaqla yanaşı, təbii yolla çürüyüb parçalanmadığından uzun müddət su obyektlərinin və ətraf mühitin çirklənməsinə səbəb olur. Eyni zamanda, sintetik torlar və digər qurğular suyun təbii axım rejimini dəyişməklə su axınının qarşısını alaraq durğun zonaların yaranmasına səbəb olur, çöküntülərin toplanmasına və dib faunasının məhvinə gətirib çıxarır. Bundan əlavə, su və su təsərrüfatı obyektlərindən suvarmada istifadə zamanı torlar yığılaraq boruları, suyun süzgəclərini və kanal sistemlərini tutur ki, bu da su axınının qarşısını alır, həmçinin bu obyektlərində olan hidrotexniki qurğuların fəaliyyətinə mənfi təsir edir. Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti olaraq, ölkə ərazisində bu kimi halların qarşısının alınması məqəsdilə mütəmadi nəzarəti tədbirlərinin həyat keçiriləcəyini diqqətə çatdırır və vətəndaşlardan su obyektlərinin çirkləndirilməsinə dair hallarla rastlaşdıqda dərhal qurumun sosial media hesabları vasitələri ilə məlumat vermələrini xahiş edirik. #adsea #simdnx #azərbaycan #suhəyatdır