У нас вы можете посмотреть бесплатно İmişlidə seçicilər hansı namizədin görüşünə gətirildiklərini bilmirlər или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizəd Razi Nurullayevin fevralın 5-də İmişli Olimpiya İdman Kompleksində seçicilərlə görüşü olub. Meydan TV-nin burada görüş olacağını haradan eşitmisiniz sualına gələn sakinlərin əksəriyyəti “məktəbdən direktor dedi”, “zəng etmişdilər, dedilər, tədbir olacaq, gedin, gəldik”, “xəstəxana işçiləriyik, baş həkimin tapşırığı ilə gəlmişik”, - cavablarını veriblər. Sakinlərin gəldikləri kəndlərin adlarına baxanda isə ümumiyyətlə, 79 saylı dairəyə aidiyyatlarının olmadığı görünür. Gələnlərin içində İmişlinin 80 saylı dairəsinin seçiciləri də olub. Meydan TV-nin “kimin görüşünə gəlmisiniz?”, - sualına isə görüşə gələnlərin çoxu cavab verə bilməyib. “Deputatla görüşə gəlmişik”, “Rza bəyin görüşünə gəlmişik”, “İmişli gəncləri ilə görüşə gəlmişik”, “konsertə, tədbirə gəlmişik” və “bilmirəm” cavablarını verənlər də var. Çəkiliş aparan Meydan TV əməkdaşına Razi Nurullayevin vəkilləri mane olmağa çalışsa da, ATƏT-in Seçki Müşahidə Missiyasından (SMM) gələnləri görəndən sonra çəkiliş aparılmasına səs çıxarmayıblar. 4:22 İş vaxtı məktəb, xəstəxana və bəzi idarələrin işçilərinin yığılıb təbliğat kampaniyasına qatılmasına gəlincə, İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Mustafayev Meydan TV-yə bunun yalan olduğunu söyləyib: “Siz gərək gəlib həmin vaxtı məktəblərə baxardız. Hamısında dərs gedirdi. Hamı işinin başında idi”. İmişli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eynulla Qasımov da deyib ki, belə bir haldan söhbət gedə bilməz: “Bu gün növbədə olanlar ora getməyiblər. Ola bilsin kim olubsa, axşam növbəsinin əməkdaşları olub. Onlara da nəsə deyə bilmərəm. Hətta mən özüm də bir ara ora getdim görüm, həkimlərdən kimsə gedibmi. Heç kimi görmədim”. İmişli Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Emin Qəhrəmanov isə Meydan TV-nin suallarını dinləməyib. O, gün ərzində əlaqə saxlayacağını söyləsə də, zəngləri açmayıb. Kanala abunə ol - https://goo.gl/TcM9Fm WebSite: http://www.meydan.tv Facebook: http://fb.com/MeydanTelevision Twitter: / meydantv Google+ https://plus.google.com/+MeydanTelevi... İnstagram: / meydantv __ Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277