У нас вы можете посмотреть бесплатно Neftçala şəhidi Xəyyam Əzizovun həyat yolu - ŞOTV XƏBƏR или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Neftçala şəhidi Xəyyam Əzizovun həyat yolu Xəyyam Əli oğlu Əzizov 08 noyabr 1995-ci ildə Neftçala şəhərində, fəhlə ailəsində anadan olub. 2 qardaş olmaqla ailədə 4 nəfər olubar. Uşaqlıq illərini doğulduğu Neftçala şəhərində keçirib. 2002-ci ildə Neftçala şəhər Mehman Səfərov adına İnteqrasiya təlimli İnternat tipli gimnaziya məktəbinin 1-ci sinfinə daxil olub və 2006-cı ildə iptidai sinfini başa vurduqdan sonra Neftçala şəhər Humanitar Təmayüllü Muğan liseyində təhsilini davam etdirib. 2010-cu ildə 8-ci sinfi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 2013-cü ildə liseyi bitirdikdən sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2017-ci ildə həmin məktəbi bakalavr diplomlu xüsusi təyinatlı kimi bitirib və "leytenant" hərbi rütbəsi verilib. Xəyyam öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrin kursunu keçərək zabit kimi xidmətinə qədəm qoyub. Leytenant Xəyyam xidməti dövründə bir neçə xarici ölkələrdə dağçılıq, xizəkçilik və paraşütçülük kurslarını yüksək göstəricilərlə başa vurur. 2020-ci ildə leytenant Xəyyam Əzizova baş leytenant hərbi rütbəsi verilir. Həmin il Rusiyanın Moskva şəhərində keçirilən qələbə paradında Azərbaycanı layiqincə təmsil edir. 27 sentybar 2020-ci il tarixində başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində Xəyyam bir Xüsusi Təyinatlıların zabiti kimi iştirak edir. Füzuli, Cəbrayıl, Qubadlı və Şuşa uğrunda gedən ağır döyüşlərdə iştirak edir. Qəhrəman Xəyyam döyüş yoldaşlarının ruh yüksəkliyini artırmaq üçün onlara şirniyyat paylayır. Ən son döyüş meydanı olan əlçatmaz Şuşa şəhərinin azad olunmasında əsl qəhrəmanlıq göstərir və özünün doğum günündə -08 noyabr 2020-ci il tarixində şəhadət şərbətini içərək Allahın ən uca məqamı olan şəhidlik məqamına ucalır. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Neftçala şəhərinə gətirilir və böyük izdihamla torpağa tapşırılır. "Azərbaycan bayraq ordeni" "Vətən uğrunda medal" "Füzulinin azadlığı uğrunda" "Cəbrayılın azadlığı uğrunda" "Xocavəndin azadlığı uğrunda medal" "Şuşanın azadlığı uğrunda medal"